Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şagirdlər ayaqyolu üçün yaxınlıqdakı yararsız yardımçı binaya gedirlər
Mingəçevir şəhərində şəhid Baxşəli Şıxəliyevin adını daşıyan 6 saylı tam orta məktəbdə şəraitsizlik hökm sürür...
Gundemxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektinde yerləşən təhsil müəssisəində nə sanitar qovşaq var, nə də bufet.
Şagirdlər ayaqyolu üçün məktəbin yaxınlığındakı istifadəyə yarasız yardımçı binaya getməli olurlar.
Qeyd edək ki, təmirsiz və qəzalı vəziyyətdə olan məktəbdə 518 şagird təhsil alır, həmçinin 71 işçi heyəti var.
Divarlarında suvağı tökülən, avadanlıqların əksəriyyətinin köhnə və yararsız olduğu məktəbdə akt zalı da yoxdur, idman zalı isə yararsız vəziyyətdədir.
Təhsil müəssisənin hazırkı vəziyyətini əks etdirən fotoları təqdim edirik:
Mərkəzi Aran Regional Təhsil İdarəsindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə məlumatlıdırlar:
“Ötən günlərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən adıçəkilən məktəbin binasına baxış keçirilib və həmin təhsil müəssisəsinin 2024-cü ildə əsaslı təmir-bərpası nəzərdə tutulur. Bununla bağlı yaxın günlərdə həmin məktəbdə əsaslı təmir-bərpa işlərinə başlanılacaq”.
Gundemxeber.az
24-12-2018, 13:06
24-08-2018, 14:50
13-09-2022, 11:23
3-02-2014, 13:22
15-09-2017, 15:30
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?