Xəbər verdiyimiz kimi, "Russia Today" qəzetinin baş redaktoru Marqarita Simonyan Almaniya hərbi rəsmiləri ilə Ukrayna arasında "Taurus" qanadlı raketlərinin çatdırılması ilə bağlı danışıqların 38 dəqiqəlik səs yazısını yayımlayıb. Səs yazılarında Almaniya kansleri Olaf Şolz razılaşarsa, raketlərin çatdırılması, eləcə də hərbi hədəflərin və Ukrayna əsgərlərinin təlimi ilə bağlı məsələlər müzakirə edilib. Səs yazılarında hədəflərdən birinin Rusiyanın ilhaq etdiyi Krımla Rusiya torpaqlarını birləşdirən Kerç körpüsü olduğu bildirilir. Simonyanın sözlərinə görə, alman zabitləri Krım körpüsünü necə vurmağı müzakirə edirlər.
GundemXeber.Az musavat.com-a istinadla xəbər verir ki, hadisədən sonra Almaniyanın müdafiə naziri Boris Pistorius etirafa bənzər açıqlama verib.
Pistorius Sinqapurda təşkil edilən aviasiya sərgisinə qatılan alman əsgərinin telekonfransda iştirak etmək üçün gizli danışıqlarda istifadə edilən WebEx platformasından istifadə etmədiyini, əksinə, qaldığı hoteldə təminatsız xəttdən istifadə etdiyini bildirib. O, sözügedən sızmaların hərbçilərin “şəxsi səhvindən” qaynaqlandığını bildirib.
“Bütün iştirakçılar təhlükəsiz axtarış proseduruna nəzərdə tutulduğu kimi əməl etmədilər” - nazir əlavə edib.
Pistorius Sinqapurda keçirilən və Avropanın bir çox ölkəsindən yüksək rütbəli əsgərlərin iştirak etdiyi aviasiya yarmarkalarının Rusiya üçün əhəmiyyətli olduğunu qeyd edib: "Rusiya xüsusi xidmət orqanları üçün unikal bir mühitdir. Onlar belə hotelləri hədəfə alır və telefon dinləmələri aparırlar".
Nazir istintaqın davam etdiyini deyib: "Çox açıq desəm, ən yaxşı zabitlərimdən heç birini Putinin oyunlarına qurban verməyəcəyəm".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?