Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dövlət Xidməti sosial şəbəkələrdəkı nasazlıqla bağlı məlumat yayıb - Yenilənib
Azərbaycanda sosial şəbəkələrin işində nasazlıq müşahidə olunur...
“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:
"Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".
***
Sosial şəbəkələrin işində yaranan nasazlıq aradan qaldırılıb.
Feysbukun fəaliyyəti bərpa edilib.
Hazırda istifadəçilər üçün öz hesablarına daxil olmaq əlçatandır.
***
"Facebook" hazırda texniki səbəblərdən əlçatan deyil. Bir neçə dəqiqədən sonra hesablarınıza yenidən daxil ola biləcəksiniz.
Bu barədə feysbuk sosial şəbəkəsinin girişində yazılıb.
"Sosial şəbəkədə texniki nasazlığın aradan qaldırılması zamanı gözlədiyiniz üçün təşəkkür edirik", - elanda deyilir.
***
Feysbuk və instaqramda problem yaranıb
Belə ki, sosial şəbəkə istifadəçilərinin avtomatik hesabdan çıxışı müşahidə olunur, hesaba yenidən giriş isə mümkün deyil.
Gundemxeber.az
21-01-2021, 10:33
25-09-2015, 14:26
25-09-2018, 17:27
20-07-2020, 14:34
22-01-2024, 10:46
Sorğu
Yeni dizaynımız necədir?