GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -FOTOFAKT

SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -FOTOFAKT

Tarix: 6-03-2024, 13:42 Bölmə :Cəmiyyət Baxış: 401

Azərbaycanda “neft bumu” dövründə külli miqdarda vəsaitlər əldə edən məmurların bir çoxu sərvətlərini ölkədən çıxarıb. Onların sorağı Avropanın dəbdəbəli paytaxtlarından gəlir. Onlar bahalı daşınmaz əmlakların, milyonlarla avro dövriyyəsi olan şirkətlərin sahiblərinə çevriliblər. Bəzən işləri o qədər uğurlu getməsə də bu, onların zəngin həyatına təsir etmir.

Məsələn, bu gün mediada yayılan məlumatlardan məlum olur ki, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı və "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu "Gyunel Limited” şirkəti ötən ili zərərlə başa vurub. Zərər bu çevrələr üçün o qədər də böyük rəqəm deyil: cəmi 6 milyon 195 min 983 funt-sterlinq. Manatla ifadə etsək, 13,3 milyon manat.

Əhməd Əhmədzadə 1994-cü ildən 2021-ci ilə qədər Azərbaycanın su təsərrüfatına rəhbərlik edib. 30 ilə yaxın müddətdə bu sahəyə daxili və xarici mənbələrdən milyardlarla manat sərmayələr qoyulub.

Amma gəlin su təsərrüfatındakı bugünkü durumuna dair Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun fikirlərinə diqqət edək: “Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur. Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik. Azərbaycanda su borularının 50 %-nin istismar müddəti bitib. Kür-Bakı kəmərində boruların istismar müddəti bitdiyi üçün yüksəktəzyiqli su verə bilmirik. Su itkilərimiz 39 %-dir. Bu, pis rəqəm deyil, amma ideal da deyil. Bizim hədəfimiz bunu 20 %-ə salmaqdır. Beynəlxalq təcrübədə itkilərin normal sayılan rəqəmi 10 %-dir. Bunu sıfır etmək mümkün deyil...”

Beləliklə, Z.Mikayılov su təsərrüfatında ciddi problemlərin olduğunu deyir. Dövlət indiyə qədər hər il bu istiqamətdə yüz milyonlarla dollarlıq əsaslı vəsait qoyuluşu həyata keçirdiyi halda, hələ də az qala ölkənin büdcəsi qədər sərmayə lazımdır? Bəs niyə buna ehtiyac yaranıb?

Deməli, uzun illər ərzində bu istiqamətə yönəldilən vəsaitlərin müəyyən hissəsi “havaya” sovrulub, daha doğrusu Londona və s. Avropa paytaxtlarına daşınıb, orada daşınmaz əmlaka, şirkətlərin kapitalaşmasına yatırılıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsəlinin əldə etdiyi sənədlər əsasında verdiyi məlumata görə, Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, aktivləri Londonda 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.

Onun yazdığına görə, Cümə Əhmədzadə 2021-ci ildə Çexiyanın Budyonovsk Regional Məhkəməsində "Resort Hurka s.r.o." şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də "Resort Hurka s.r.o."ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir.

Qeyd edilir ki, onun bu ölkədə xeyli sayda şirklətləri və daşınmaz əmlakları var.

Bu barədə başqa araşdırmaçı jurnalistlər də mediada və sosial şəbəkələrdə geniş informasiya yayıblar.

O, həyat yoldaşı Günel Rüstəmova ilə birlikdə dəbdəbəli həyat tərzi ilə Londonun, Parisin, Praqanın bahalı əyləncə məkanlarının sevimli simasına çevrilib.


Bu faktlara əsasən skspertlər iddia edir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun dediyi su təsərrüfatını yenidən qurmaq üçün lazım olan 20 milyard manatın əhəmiyyətli hissəsini Əhmədzadələrin ölkə xaricinə daşıdığı sərvətlərdə tapmaq olar. Azərbaycanda yaxın illərin təcrübəsi göstərir ki, oliqarxların oğurladıqları pulların qaytarılmasının sadə mexanizmləri var. Sadəcə, onları işə salmaq lazımdır.../Azpolitika.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - FOTOFAKT

    Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna ...

    1-04-2021, 11:39

  • 
  • Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

    Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – ...

    20-05-2022, 14:55

  • 
  • Elman Rüstəmovun qızı Londondakı şirkətin direktorluğundan getdi - BU DA FAKT!!!

    Elman Rüstəmovun qızı Londondakı şirkətin ...

    23-08-2023, 13:54

  • 
  • Əhmədzadənin İngiltərədə də böyük biznesi var-FOTO FAKT

    Əhmədzadənin İngiltərədə də böyük biznesi ...

    1-07-2019, 10:35

  • 
  • Əhməd Əhmədzadənin milyonluq mülklərinin siyahısı yayıldı

    Əhməd Əhmədzadənin milyonluq mülklərinin siyahısı ...

    3-04-2021, 14:37


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu