Dubayda qaradərili uşaqla icazəsiz şəkil çəkdirikləri üçün saxlanılan iki Azərbaycan vətəndaşı Mehmanla Emin artıq ölkədədir. Onlar martın 6-dan Bakıya qayıdıblar.
Əslində Mehmanla Emin bu gün - martın 11-də həmin uşağın anası ilə üzləşməli və işin mahiyyətini izah etməli idilər. Lakin o, şikayətini geri çəkdiyi üçün azərbaycanlıların ölkədən çıxışına qoyulan stop götürülüb. GUNDEMXEBER,AZ buldirir ki, Mehman Pənahov AzVision.az -a açıqlamasında Eminlə hava limanında tanış olduğunu deyib: "O, öz dostu ilə mən də öz dostumla gedirdik. Hava limanında danışdıq və Dubayda bir yerdə gəzdik. "Dubay Mall"un içərisində hərəkət edəndə Emin qara dərili uşağa yaxınlaşıb, onunla selfi və video çəkdi. Həm də uşağa deyib ki, "Tovuza salam de". Başqa millətin uşağı o sözün mahiyyəti nə bilsin. Mən isə onlardan 10-15 metr aralıda idim. Daha sonra səslədi ki, dostu ilə özünün və uşağın şəklini çəkim. Başqa heç nə etməmişəm. Heç uşaqla şəklim də yoxdur, toxunmamışam. Anası ticarət mərkəzinin təhlükəsiyinə müraciət elədi. Polis Emini uşağa toxunduğu üçün, məni isə şəkli çəkdiyim üçün saxladı. Əslində qayda belədir ki, kiminsə icazəsiz şəklini çəkəndə polis onu sildirir. Amma Emin başqasının uşağının çiyninə əlini qoyub. Bu isə Dubayda pedofiliya hesab olunur, yəni başqasının uşağına toxunmaq olmaz". M.Pənahov şəkli çəkdiyi üçün şahid kimi Eminlə bərabər saxlanıldığını qeyd edib: "Əslində mən azad olunmalı idim, polis idarəsində də mənim günahımın olmadığı qeyd edilirdi. Biz dekabrın 11-i Dubaya getdik, 2 gündən sonra qayıtmalı idik. Amma martın 6-da gəldik. 87 gün ancaq oteldə öz hesabımıza qalmışıq. Bizə səfirlik, konsulluq heç bir köməklik göstərmədi. Araşdırılır deyilib, vaxtı uzadırdılar. Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynovanın köməkliyi ilə bizə qoyulan stop götürüldü. Nuranə xanım uşağın anası ilə danışıb, şikayəti geri götürdüb. Xanım deyib ki, "mən şəklin silinməsini istəmişdim. Bilməzdim ki, onlara burada bu qədər əziyyət edərlər"".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?