Fotoreportyor Mehman Hüseynov Norveç Fondundan mükafat almaq üçün Norveçə getmək istəyərkən Heydər Əliyev adına Hava Limanında polis tərəfindən saxlanılıb. Bu barədə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli öz Facebook profili vasitəsilə məlumat verib. Mehman Hüseynov saxlandıqdan sonra Səbail rayon Polis İdarəsinə aparılıb. Qeyd edək ki, fotoreportyor RATİ-nin "Obyektiv" internet televiziya kanalının əməkdaşıdır.
Xatırladaq ki, ötən il Mehman Hüseynovun barəsində CM-nin 221.2.2-ci maddəsi üzrə cinayət işi açılmışdı. Daxili İşlər Nazirliyi bildirmişdi ki, 2012-ci il mayın 21-də İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına müqavimət göstərib. Mehman Hüseynov ittihamları rədd edərək ona qarşı açılan cinayət işinin siyasi motivli olduğunu bildirmişdi. Ötən il oktyabrın 12-də isə ona ölkədən çıxmağa rəsmən icazə verilmişdi
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?