GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənilərin Xankəndi cinayətləri - FAKTLAR

Ermənilərin Xankəndi cinayətləri - FAKTLAR

Tarix: 15-03-2024, 19:18 Bölmə :Cəmiyyət Baxış: 304



Ermənilər 100 ildən çoxdur ki, Azərbaycan ərazilərinin zorla ələ keçirilməsi, tarixinin və mədəniyyətinin mənimsənilməsi və ya dağıdılaraq yox edilməsi istiqamətində fəaliyyət həyata keçirirlər. XX əsrin əvvəllərində Azərbaycanın Qərb regionlarında Rusiyanın təhriki ilə ozlərinə “Dövlət” quran ermənilər, Azərbaycanın digər ərazilərinin də mənimsənilməsi üçün ciddi cəhdlər etməyə başladılar. Bu istiqamətdə onlar XX əsrin əvvəllərində ciddi dəstək  aldıqları bolşevik hökumətinin xeyir-duası ilə Azrbaycanın bir çox ərazilərini planlı şəkildə hissə-hissə ələ keçirməyə başladılar.  1992-ci ildə  ermənilər Qarabağ İqtisadi Rayonunun şimal bölgələrini tamamilə ələ keçirməyə nail ola bildilər.

Bundan sonra Azərbaycan ərazilərində ermənilərin özlərinə “tarix” yaratma əməliyyatları daha sürətlə davam etməyə başladı. Lakin heç bir rəsmi sübuta əsaslanmayan bu fəaliyyət hər addımbaşı fiaskoya uğramağa başladı. Beləki ermənilər Xankəndi şəhərinin qədim erməni şəhəri, şəhərin yerləşdiyi ərazini isə tarixən ermənilərə məxsusluğu barədə illərdir genişmiqyaslı təbliğat işləri aparırlar. Ermənilərin heç bir əsası və sübutu olmayan bu iddiası nəinki azərbaycanlı ziyalılar tərəfindən eləcədə qonşu ölkələrin elm adamları tərəfindən rədd edilir.

Mən bu yaxınlarda “ПО СЛЕДАМ СССР” saytında “SSRİ-dən nadir fotolar! Aleksey Smirnov, Xankəndi, Borovsk, Yanqier, Planerskoe, Bulanje, Natalya Selezneva. Sovet həyatının xronikası” adlı məqalədə 1936-cı ildə Xankəndində çəkilmiş çox nadir olan bir foto diqqətimi çəkdi. Şəkildə baxça uşaqları (bəlkədə ibtidai sinif şagirdləri) velosipedlərdə və pedallı maşınlarda gəzintiyə çıxdıqları təsvir olunub. Fotoda görünəm müəllimələrin və uşaqların fzioloji cəhətdən ermənilərə oxşamadıqları aydın şəkildə görünür. Yəni şəkildə görünənlərin hamızı azərbaycanlılardırlar. Hətta kənardan uşaqları müşahidə edən kişinin də Azərbaycanın milli geyimində azərbaycanlı olduğu aydın görünür. Bu da onu göstərir ki hətta 1936-cı ildə ermənilər xankəndi şəhərində kütləvi şəkildə yaşamayıblar. 

Tək bu foto ermənilərin Xankəndi şəhərinin “qədim erməni şəhəri”, “ermənilərin vətəni” kimi iddialarını qətiyyətlə rədd edir.  Şəklin qoyulduğu saytda məqalə belə başlayır: “Azərbaycan SSR. Sovet hakimiyyəti qurulduqdan sonra Xankəndi (şəhərin köhnə adı) Azərbaycan SSR-in yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzinə çevrildi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cü il tarixli fərmanı ilə Xankəndi kəndi Bakı kommunasının başçısı Stepan Şaumyanın (Bakıda bolşeviklərə çalışan erməni qatil.r) şərəfinə Stepanakert şəhəri adlandırılmışdır”. Sitat rus blogerlərinə məxsusdur. Lakin bizim yaxın tariximizi real əks etdirir və Xankəndi şəhərinin ermənilərə heç bir aidiyyatı olmadığını, şəhərin Azərbaycan ərazisi olduğunu isbat edir. 

Ermənilərin Qarabağ iddialarında daha bir ziddiyyətli məqam, Ermənistan SSR Ali Soveti "Ermənistan SSR ilə Dağlıq Qarabağm birləşdirilməsi haqqında" 1 dekabr 1989-cu il tarixli  qərarı ilə Azərbaycan Respublikasımn Dağlıq Qarabağ bolgəsi,  Ermənistan Respublikasımn ayrılmaz hissəsi" elan edilirdi.  Bu qərar Ermənistan Respublikasının Qarabağ İqtisadi rayonunun bütünlüklə Azərbaycana məxsus olduğunun və ermənilərin onu Azərbaycandan qoparmaq istədiklərinin etirafıdır. 

2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda erməni separatçıları üzərində tam və qəti qələbəsindən sonra İşğaldan azad edilmiş ərazilərdə xüsusən də Xankəndi şəhərində Azərbaycan Hökumətinin apardığı bərpa və quruculuq işləri Ermənistanda rezonans doğurub. Təbii ki bu Azərbaycana qarşı ərazi iddialarının yeni bir təzahürüdür. Ermənilər təcavüz nəticəsində 30 il nəzarət altında saxladıqları ərazilərin əllərindən çıxması ilə heç cür barışa bilmirlər. 

Məlumdur ki, 1992-ci ildə Azərbaycana qarşı silahlı təcavüz edən Ermənistan, Azərbaycan ərazilərini işğal etdiyinə və uzun illər işğal altında saxladığına görə, beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasmın 14 dekabr 1974-cu ildə qəbul etdiyi "Təcavuzun tərifi" adlı qətnaməsinin 5-ci maddəsində gostərilir ki, "təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və yəni Ermənistanın təcavüz aktı beynəlxalq məsuliyyət doğurur.

Ermənilər təcavüz aktından sonra işğal altında saxladıqları Azərbaycan ərazilərində qanunazidd əməllər törətməyə başladılar. Beləki ərazinin bütün ifrasruktrunu məhv etdilər. Ərazinin bütün inzibati yaşayış məntəqələrini dağıtdılar, bir milyondan çox əhalinin əmlakı qarət edildi, İslam dövrü bütn mədəni-irs nümunələri məhv edildi, xristian dövrü abidələrinin bir qismi dağıdıldı, bir qismi isə mənimsənildi. Yüz mindən çox muzey eksponatı daşınaraq Ermənistana aparıldı. 

Xankəndi şəhərinin mərkəzini tamamlayan 15 əsas məhəllə və bu məhəllələrə məxsus 17 məscid Qara Hüseyn məscidi, Məcidli məscidi,  Alış məscidi, Yaşıl məscid,  Siyafur məscidi,  İmam Əli məscidi, Xarrat usta Qulu məscidi, Ərminavan məscidi, Əyrıdam məscidi, Çaykənarı məscidi, Səmirabad məscidi, Sarı məscid, Biləndərli məscidi, Yurdyer məscidi, Böyük məscid, Mirzələr məscidi, Kiçik məscid adlı məscidlər ermənilər tərəfindən dağıdıldı və bu günə izləri belə qalmadı.

Xankəndi şəhəri yaxınlığındakı qəbistanlıqlarda 17 türbə,  Möminə Xatın və Otludərə məbədləri kimi möhtəşəm memarlıq abidələri və eləcədə Seyid Məhəmməd ocağı, Böyük Pir ziyarətgahı, Kərki ocağı, Qala piri, Xəlifə İbrahim Vəlullah ocağı kimi iman gətirilən inanc yerləri də dağıdıldı. Bugünkü erməni iddialarının əksinə olaraq 1918-1920-ci illərdə Xankəndində yeni salınan 22 məhəllənin adları içərisində belə heç bir erməni adına və toponiminə rast gəlinmir.  

Özlərini Xankəndi şəhərinin sahibi elan edən ermənilərin bu abidələrin saxlamamalarına səbəb nə idi? Əlbəttə ki irqçilik, ədavət, nifrət, azərbaycanlıların tarixi izlərini bu ərazilərdən silərək yox etmək. Ermənilər Xankəndi şəhərinin mərkəzində 15 məhəlləni dağıdaraq orada park və çoxmərtəbəli yaşayış evləri tikdilər. Parkın mərkəzində 1917–1918-ci illərdə Azərbaycan xalqına qarşı çoxsaylı qətlamların  təşkilatçısı Stepan Şaumyanın xatirəsinə heykəl ucaltdılar. Onlar son 30 ildə Qarabağda erməni separatizminin möhkəmləndirilməsi və inkişafı üçün bütün imkanlardan istifadə etdilər. 

Xankəndində qismən salamat qalmış azsaylı tarix və mədəniyyət abidələrimizdən biri də Qarabağ Universiteti kimi tanıdığımız Qarabağ memarlığı üslubunda inşa edilmiş məhşur binadır.

Bina XVIII əsr Qarabağ xanlığının tikdirdiyi istirahət kompleksinə aid olduğu güman edilir. Abidə ermənilər tərəfindən bir neçə dəfə təmir edilərək öz əzəli formasından məhrum edilmişdir. İşğal dövrü Kompleksin bütün divarları Ermənistanın Dövlət bayrağının rəngində üzlük daşlarla üzlənsədə sonrakı dönəmlərdə binanın üzlüyü boz mərmər daşlarla əvəzlənmiş və binanın xarici interyerinə əlavələr edilmişdir.  

Beləki binanın qarşı tərəfində üçtağlı girişi, tağların dayaq sütunları, ikinci mərtəbənin üç eyvanı ləğv edilərək divarlarla əvəzlənmişdir. Binanın girişinin qarşısında böyük dairəvi foye tikilmiş, foyenin sağ və sol tərəflərindən pilləkənlər tikilərək binanın girişinə birləşdirilmişdir. 

Binanın bütün divarlarından XVIII əsr Qarabağ memarlığının elementləri sökülərək ləğv edilmişdir. Beləliklə Qarabağ xanlığının ilk istirahət mərkəzinin salamat qalmış binalarından biri ermənilərin müdaxiləsi nəticəsində öz məzmununu itirib. Bu əslində vandalizm aktıdır, ermənistanın Qarabağda törətdiyi Hüquqa zidd əməldir.

BMT Baş Assambleyasmın 12 dekabr 2001-ci ildə qəbul etdiyi "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da huquqi nəticələr doğurur. Yəni Ermənistan törətdiyi Hüquqazidd əməlinə görə məsuliyyət daşıyır və Məhkəməyə verilə bilər.

1990-cı il işğalından sonra Qarabağın Separatçı erməni rəhbərliyi Xankəndindəki Azərbaycanın Dövlət büdcəsinə daxil olan bütün sənaye, kənd təsərrüfatı və xidmət müəsisələrini söküb dağıdır, əldə etdikləri qənimətləri   xaricə daçıyaraq orada əldə etdikləri gəlirlə özlərinə mülklər alır, biznes qururdular. O zaman sual oluna bilir, əgər doğurdanda Xankəndi ermənilərə məxsus idisə niyə ermənilər şəhərin infrastrukturuna xüsusi bir vəhşiliklə ziyan vururdular?

 Bu cür zərər çəkən müəsisələrdən biri də Xankəndi dəmiryol vazalı idi. 

Ermənilər işğal etdikdən dərhal sonra Xankəndi Dəmiryol vağzalını görünməmiş bir vəhşiliklə dağıtdılar. Vağzalın inventar və avadanlıqları müxtəlif şəxslər tərəfindən mənimsənildi. Depolar, vaqonlar, dəmiryol reysləri daşınaraq qonşu İran İslam Respublikasının İsfahan şəhərindəki metaləritmə zavoduna satıldı. Əldə edilən vəsait Ermənistanın Dövlət rəhbərliyi tərəfindən mənimsənildi.   

Ermənilər Azərbaycanın mədəni-irs nümunələrinin mənimsənilməsini də həyata keçiriblər. Belə qurğulardan biri Xankəndi şəhərində 1967-ci ildə tikilmiş “biz və bizim dağlar” adlı monumental heykəltəraşlıq nümunəsidir.  Heykəl memar Səfi Qarayev və heykəltərəraş Sarqis Bağdasaryan tərəfindən Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdır.

Heykəlin yaradılmasında məqsəd xalqlar dostluğunun möhkəmləndirilməsi, tərənnümü və eləcədə  Qarabağın uzunömürlülər diyarı kimi təqdim etmək olmuşdur. Təsvirdə azərbaycanlı kişi ilə erməni qadını, erməni-azərbaycanlı dostluğunun tərənnümü kimi qeyd edilmişdir. Bu Sovet İdeologiyasının yüzlərlə nümunələrindən biri idi. 

Lakin ermənilər bu gün heç bir tarixi əhəmiyyəti olmayan bu monumental qurğunu “tatik və papik” (baba və nənə) adlandıraraq bu qurğunun erməni soy kökünü əks etdirən bir aidə kimi həqiqətə uyğun olmayan təbliğatla məşğul olmağa başladılar. Ermənilər heykəlin şəkilini montaj edərək, guya ermənilərin Qarabağ torpağında doğularaq dünyaya yayıldıqlarını isbatlamağa çalışır, yeni erməni “tarizi” yaratmaq üçün xəyallar qururdular. Bu ideoloji sahərə ermənilərin azərbaycanlılar əleyhinə hüquqazidd əməl hesab edilir.

Ermənistanın nəinki iqtisadi, elm, tarix və mədəniyyət sahələrində eləcəd, Azərbaycana ideoloji sahədə vurduqları qanunazidd əmlə görə də cavabdehlik daşıyırlar. "Beynəlxalq hüquqazidd əməllərə gorə dövlətlərin məsuliyyəti"nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan Ermənistan beynəlxalq hüquqazidd əməllər nəticəsində Azərbaycana vurduğu zərərləri ödəməlidir. Ermənistanın Azərbaycana vurduğu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində nəzərdə tutulan  bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir.


Faiq İsmayılov

AMEA A.A.Bakıxanov adına Tarix və Etimologiya İnstitunun əməkdaşı.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər Azərbaycan əleyhinə yeni aksiyaya başladılar

    Ermənilər Azərbaycan əleyhinə yeni aksiyaya ...

    13-08-2014, 14:02

  • 
  • Ermənilər "Qarabağ" adlı spirtli içki satır - FOTO

    Ermənilər "Qarabağ" adlı spirtli içki ...

    28-11-2018, 16:10

  • 
  • Ağdam istiqamətində döyüşlər yenidən başladı - ermənilər kəndə atəş açır

    Ağdam istiqamətində döyüşlər yenidən başladı - ...

    14-07-2020, 21:51

  • 
  • Ermənilər Ağdamda arxeoloji qazıntı işləri aparır

    Ermənilər Ağdamda arxeoloji qazıntı işləri aparır ...

    4-08-2017, 11:34

  • 
  • Ermənilər Laçında SES işə saldılar

    Ermənilər Laçında SES işə saldılar ...

    13-07-2013, 15:08


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu