GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məlum terrordan sonra, bir-birini təkzib edən rəsmi bəyanatlar - KİMDİR GÜNAHKAR?

Məlum terrordan sonra, bir-birini təkzib edən rəsmi bəyanatlar - KİMDİR GÜNAHKAR?

Tarix: 25-03-2024, 11:31 Bölmə :Cəmiyyət Baxış: 267


Belə həssas məqamda, müahribə şəraitində olan ölkədə həyata keçirilən terror Putinə nə verə bilər?


İlk öncə ondan başlayaq ki, Moskovada 150 nəfər insanın öldürülməsi ilə baş vermiş terror aktının bir çox baş vermə ehtimalları üzrə bütün dünya ictimaiyyətində hazırda yoğun müzakirələr gedir. Bir çoxları bunun Putin tərəfindən, bəziləri Ukrayna xüsusi xidmət orqanları tərəfindən, bir çoxları digər kriminal qruplaşmalar tərəfindən törədildiyini ehtimal edirlər.

Amma elə ilk dəqiqələrdə aktın məsuliyyətini İŞİD-in Vilayət Xorasan qolu öz üzərinə götürdü. 

ABŞ tərəfi anındaca bununla bağlı bir həftə öncə Rusiya tərəfə məlumat verdiyini tirajladı. Zaxarova tez-tələsik "ABŞ-ın əlində bununla bağlı fakt varsa, bizə ötürsün" dedikdən qısa sürə sonra ABŞ tərəfi günlər öncə etdikləri xəbərdarlıqları rəsmi səviyyələrdə bir daha, bu dəfə daha yüksək rəsmi şəxslərin dilindən yenidən bəyan etdilər.

İŞİD-in məlum aktı üzərinə götürən qolu dünən gecə saatlarında hadisənin baş vermə anının yeni video görüntülərini paylaşıb.

Xatırladaq ki, həmin qruplaşma 2015-ci ildə Misirin Sinay yarımadasında Rusiya təyyarəsi bomba ilə partladılmış, əksəriyyəti rus turistlərdən ibarət 224 nəfər bu hücumda həyatını itirmiş, İŞİD hücumun məsuliyyətini üzərinə götürmüşdü.

Radikal islamçılar 2017-ci ildə Sankt Peterburq metrosunda 15 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini də öz üzərinə götürüblər.


Bəs, İŞİD ləğv olunsa deyilsə də, bu qruplaşma kimlərdir, harada fəaliyyət göstərirlər?


Deməli məsələ belədir. Həyatın bemeranq effekti həmişə işləyir. Gec ya tez, hər kəs etdiklərinə görə bir gün cavab verməli olur.

Həmin terror qrupunun üzvüləri Şimali Qafqaz xalqlarından formalaşan radikal dini cərəyanların nümayəndələri hesab olunurlar. Bu minvalla Suriyada, İraqda, Əfqanıstanda gizli fəaliyyətdə olan terror qrupları ilə əməkdaşlıq göstərməklə həm özlərinin terrorçu kimi peşəkarlıq qabiliyyətini formalaşdırırlar, həm də Rusiyanın zamanla Çeçenistanda, Əfqanıstanda, Suriyada- bütün müsəlman dünyasında etdikləri terrorları, qırğınları əldə əsas tutaraq ona qarşı mübarizə apardıqlarını elan edirlər. 

Həmin qruplar öz bəyanatlarında tez-tez Rusiya lideri Vladimir Putini tənqid edir. Bütün baş verənlərə görə onu məsul tuturlar. 

Bu ay ərzində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də Rusiya tərəfə həm gizli, həm publik xəbardarlıqlar edərək, qrupların Şimali Qafqazda fəallaşdığını bildiriblər. Martın 7-də hətta bir neçə terrorçu da ABŞ-ın xəbərdarlığından sonra Vladiqafqazda FZB tərəfindən həbs edilib.

Dünən isə ABŞ öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağıran xəbərdarlıq edib.Görünür, vəziyyət hələ də yaxşı deyil Rusiya ərazisində. 

Bəs, niyə indi daha da fəallaşıb bu qruplar sualına gəlincə isə.. Bunu günü-gündən zəifləyən Rusiyanın hazırkı durumu ilə əlaqələndirmək lazımdır.

Bəs, ölkə daxilində belə həssas məqamda törədilmiş bu akt  Putinə lazım idimi!?

Ukrayna verisiyası üzrə düşünsək. 

Hesab edilir ki, Putin bunu əsas gətirib Ukrayna üzrərinə daha total şəkildə hücumlar edəcək. Terrordan sonra ilk çıxışı zamanı Putin buna işarə etsə də, onun indiyə kimi görünməmiş təlaşından hiss olunurdu ki, o, özü də bu versiyanı qəbul etmir. Təbii Ukraynaya təcavüz etdiyi və müharibənin davam etdiyi bu günlərdə belə fikirlər səsləndirməsi normal qəbul edilməlidir. Ukrayna tərəfi də anında bəyanat verərək, "bizim bu terrorla heç bir əlaqəmiz yoxdur, Terror Rusiyanın işidir" bəyanatı ilə məlum terrorun onlara aidiyyatı olmadığını dünyaya bəyan etdilər. 

O zaman sual oluna bilər ki, bu iki ildən artıq müddətdə hərbi arsenalının 50%-ə qədərini Ukrayna çöllərində tükədən, döyüşmək üçün peşəkar ordu mənsublarını "ət maşınından" keçirtdirən, raket və bombaları tükəndiyi üçün ümidini İran PUA-larına, Şimali Koreya mərmilərinə bağlayan Putinin bugünkü daha total hücum planı nə ilə assossasiya olunur!?

Taktiki nüvə silahı və yeni səfərbərlik planları üzrə düşünsək..

Putin çox gözəl bilir ki, hətta  ən yüngül nüvə silahlarəndan istifadə etmək onun sonunu daha da sürətləndirəcək. Ətarfında olan bəzi ölkə və gücləri ondan daha da soyudacaq. Bu silahlardan istifadə edib, haranı tutacaq? Kiyevimi? O, artıq iki il öncə Kiyevdə əbədi məğlub olduğununun təsdiqini birdəfəlik olaraq tarix kitabına özü-öz əli ilə imza edib.


Səfərbərlik və Rusiya ictimaiyyətini öz çətiri altında daha sıx birləşdirmək üçün?


Putinin bu sarıdan da elə bir problemi yoxdur kimi görünür. Çünki xalq onsuz da bizdəki kimi qorxur və belə məqamda nələrsə etmək qabiliyyətində görünmür. Adam bir həftə öncə bizdəki qədər də olmasa, yenidən beçinci dəfə 88% səslə özünü yeni müddətə prezident elan edib. 

Navalinin öldürülməsi zamanı ən çox 5-6 min insanın meydanlara çıxması da göstərdi ki, 150 milyonluq ölkədə bu gün Putinə qarşı qoya biləcək elə bir ümumxalq gücü yoxdur hələki. Orduda döyüşmək üçün isə səfərbərlik etmək üçün də belə bir terora nə ehtiyac!?

Onsuz da orada döyüşənlərin çoxu muzdurlardır və bu sayı bu gün dünyada əldə etmək elə də çətin deyil. Suriyada, Afrikada, Yaxın Şərqdə, elə Rusiyanın özündə və ətrafında ağır sosial həyat şərtləri ilə boğuşan milyonlara belə poetensial döyüşçü tapmaq mümkündür. Son zamanlar Ukrayna tərəfinin dronlarla etdiyi hücümlar zamanı kadra düşən əsgərlərin bir çoxlarının yuxarıda adını çəkdiymiz ölkələrdən gətirilməsi aydın şəkildə  görülməkdədir.

Nəticə olaraq

Rusiyanın zəifləməsindən istifadə edən qruplar və ölkələr onunla haqq-hesab məqamını çoxdan gözləyirdilər. Əsrlərdir dünyada, terrorun, acı qırğınların, repressiyaların, qətllərin "ustası" kimi ad çıxaran şər imperiyası bu gün etdiklərinin cavabını almağa başlayıb. Rusiya təcavüzündən əziyyət çəkən hər kəs bu məqamı gözləyirdi illərdir. Bu gün Ermənistan kimi kiçik, blokadada olan bir dövlət bu məqamı dəyərləndirməyə çalışırsa, niyə də digərləri açıq və gizli formada bunu dəyərləndirməsinlər ki!? 

İstənilən halda dinc, sivil, günahsız insanların vəhşicəsinə öldürülməsi yolverilməzdir. Və bu hal  Rusiya siyasi-hərbi rəhbərliyi üçün də keçərlidir.


Qulu Məmmədli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan: “Terror aktı ilə bağlı 20-dək İŞİD üzvü həbs olunub”

    Ərdoğan: “Terror aktı ilə bağlı 20-dək İŞİD üzvü ...

    2-07-2016, 23:22

  • 
  • İranda hərbi paradda terror aktı - YENİLƏNİB

    İranda hərbi paradda terror aktı - YENİLƏNİB ...

    22-09-2018, 21:41

  • 
  • "Xorasan" terror təşkilatının lideri öldürülüb

    "Xorasan" terror təşkilatının lideri ...

    29-09-2014, 12:49

  • 
  • İŞİD bu dəfə ABŞ-ı sancdı

    İŞİD bu dəfə ABŞ-ı sancdı ...

    31-12-2014, 23:51

  • 
  • ŞOK: ABŞ-ın Apache helikopterinin İŞİD-i necə qorumasının görüntüləri yayıldı

    ŞOK: ABŞ-ın Apache helikopterinin İŞİD-i necə ...

    12-11-2015, 17:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu