GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Mən vəkil ola-ola belə edirlərsə, görün sıravi vətəndaşlara qarşı nələr edirlər” - TƏFƏRRÜAT

“Mən vəkil ola-ola belə edirlərsə, görün sıravi vətəndaşlara qarşı nələr edirlər” - TƏFƏRRÜAT

Tarix: 26-03-2024, 12:57 Bölmə :Cəmiyyət Baxış: 219

Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, ictimai-siyasi fəalları müdafiə edən bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi üçün səs verən Sümbülə Əliyevanın özü bir həftədir ki, həbsdədir.

Martın 20-də yaşadığı evdə saxlanılan vəkil külli miqdarda mənimsəmə, vergidən yayınma kimi əməllərdə ittiham olunur.
3 ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı cinayət işi üzrə məhkəmə prosesi gedir.
Son bir ilə yaxın müddətdə məhkəmə iclaslarına gəlmədiyinə görə dekabrın 30-da hakim Mahmud Ağalarov onun haqqında axtarış qərarı çıxarmışdı.
Sümbülə Əliyevanı polis əməkdaşları martın 20-də gecə saatlarında evindən aparıb.
O vaxtdan onun Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olduğu bildirilir.
İşgəncələr Əlyehinə Araşdırmalar Mərkəzindən verilən məlumata görə, təcridxanada Sümbülə Əliyevanın vəziyyəti pisləşib.
Polis idarəsinə təcili tibbi yardım çağırılıb.
“Sümbülə Əliyeva martın 20-də, bayram axşamı gecə saat 23 radələrində evində həbs edilib. Hazırda Yasamal Rayon Polis İdarəsinin tabeliyindəki müvəqqəti saxlanma yerində olan 70 yaşlı vəkil Sümbülə Əliyevanın səhhəti qəfil pisləşib. Dərhal təcili yardım briqadası çağırılıb. Həkimlərin səyi nəticəsində Sümbülə xanım kritik vəziyyətdən çıxarılsa da, səhhəti qeyri-sabit olaraq qalır”, – İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzindən bildirilib.
Sümbülə Əliyeva özü də həbsindən öncə açıqlamasında səhhətində problemlər olduğunu bildirmişdi.
Təqsirləndirilən vəkil özü haqqında çıxarılmış həbsli axtarış qərarını onu “ölümə məhkum etmək” kimi qiymətləndirmişdi.
O iddia edir ki, baş verənlərin arxasında Vəkillər Kollegiyasının rəhbərliyi dayanır.
Onun sözlərinə görə, haqqındakı məhkəmə qərarını oxuyanda məhkəmədə həbs olunması məsələsini Vəkillər Kollegiyasını təmsil edən Gülşən Salmanovanın qaldırdığını bilib.
Gülşən Salmanova hazırda “Mərkəz” vəkil bürosunun rəhbəridir.
Əvvəllər 1 saylı hüquq məsləhətxanası adlanan bu quruma vaxtilə Sümbülə Əliyeva da rəhbərlik edib.
O məhz bu büroya rəhbərlik etdiyi dövrdə yeyintiyə yol verməkdə ittiham olunur:
“Mənim haqqımda çıxarılan axtarış qərarı əsassızdır. Çünki mən səhhətimdəki problemlərlə əlaqədar məhkəməyə getməmişəm. Dekabrın 30-u da daxil olmaqla, həmişə işimə baxan hakimin katibi ilə əlaqəm olub, səhhətimə görə gələ bilmədiyimi demişəm, sənədləri, ərizələri göndərmişəm. Qərardan bilmişəm ki, mənim həbsimlə bağlı tələbi irəli sürən Vəkillər Kollegiyasını təmsil edən Gülşən Salmanova olub. Əslində, o heç kimdir, Vəkillər Kollegiyasının rəhbərliyinin göstərişini yerinə yetirir, razılaşdırılıb”.
“Hamı bilir ki, allergik xəstəyəm, nəfəs çatışmazlığından əziyyət çəkirəm. Faktiki bu qərar həyatımı təhlükəyə atmaqdır. Həyatım təhlükədədir. Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri də, hakim də bilir. Bu qərar məni ölümə məhkum etməkdir. Mən vəkil ola-ola mənə qarşı belə edirlərsə, görün sıravi vətəndaşlara qarşı nələr edirlər”, – Sümbülə Əliyeva bildirib.
Sümbülə Əliyeva bundan əvvəl də bir dəfə – 2021-ci ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yeni başlayan ərəfədə məhkəmə zalında həbs olunmuş, təxminən 10 gün sonra ev dustaqlığına buraxılmışdı.
Həmin vaxt onun haqqında cinayət işinə hakim Eldar Mikayılovun sədrliyilə baxılırdı.
Bir müddət sonra Eldar Mikayılov yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyinə görə Sümbülə Əliyeva haqqında cinayət işinin məhkəmə araşdırması Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə edildi.
Dəfələrlə məhkəməyə gəlmədiyinə görə onun haqqında həbsli axtarışdan əvvəl məcburi gətirilmə qərarı çıxarılmışdı.
O zaman da mediaya açıqlamasında sağlıq durumunun ağır olduğunu bildirmişdi. Demişdi ki, belə bir vəziyyətdə barəsində məcburi gətirilmə qərarı çıxarılmasını düzgün saymır.
Onun sözlərinə görə, son dövrlərdə iki dəfə ağır əməliyyat keçirib, məhkəməyə bu haqda bildiriş də göndərib.
Sümbülə Əliyeva əvvəlki 1 saylı hüquq məsləhətxanası, indiki “Mərkəz” vəkil bürosuna rəhbərlik etdiyi dövrdə oranın üzvü olan vəkillərin 200 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.
İttihama əsasən, hüquq məsləhətxanasının hesabına köçürülən və mənimsənildiyi iddia olunan vəsaitlərin bir hissəsi müdafiəçi kimi çıxdıqları işə görə vəkillərə ödənilən qonorarlar olub. Bir hissəsi də vəkillərdən tutulan vergi və sosial sığorta haqları olub.
Bu üzdən Sümbülə Əliyeva haqqında cinayət işində Vəkillər Kollegiyasının Rəyasət Heyətilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti də zərərçəkmiş qismində tanınıb.
Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrilə ittiham olunur.
Məhkəmədə dindirilən vəkillər Sümbülə Əliyevanı ittiham edib, ondan pullarını tələb ediblər. Lakin Sümbülə Əliyeva özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyir.
Sümbülə Əliyeva uzun müddət Prezident İlham Əliyevin mərhum əmisi Cəlal Əliyevin vəkili olub.
Mərhum akademikin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında qaldırdığı işlərdə də onu Sümbülə Əliyeva təmsil edirdi. Həmin məhkəmə proseslərinin sonunda bir neçə jurnalist həbs edilib.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir - FOTO

    Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə ...

    21-05-2021, 12:22

  • 
  • Vəkil: “Göydən düşmüşəm?”

    Vəkil: “Göydən düşmüşəm?” ...

    3-06-2016, 15:30

  • 
  • Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üzrə ilkin baxış olub

    Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam ...

    22-02-2018, 13:00

  • 
  • Polis şöbəsində saxlanılan şəxs özünü öldürdü

    Polis şöbəsində saxlanılan şəxs özünü öldürdü ...

    29-05-2013, 12:39

  • 
  • AXCP fəalının cinayət işi üzrə hazırlıq iclası olub

    AXCP fəalının cinayət işi üzrə hazırlıq iclası ...

    14-08-2018, 15:40


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu