Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Sabiq baş direktor qohumlarını “Azəriqaz”da vəzifələrə təyin edib” -Eyyub Hüseynov
Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə "Azərenerji" ASC-də yeni vəzifə verilib. Belə ki, Ruslan Əliyev "Azərenerji" ASC-nin departament direktoru təyin edilib.
Gundemxeber.az bildirir ki, onun “Azəriqaz”a rəhbərlik etdiyi dövrdə vəzifəyə bəzi qohum və tanışlarını təyin etdiyi ilə bağlı isə ölkə mətbuatında bəzi məlumatlar yayılıb.
Redaksiyamıza fikirlərini bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da bir sıra detalları bölüşüb:
Mənə müraciət edib deyirdilər ki...”
“Ruslan Əliyevin baş direktor olduğu dönəmdə mən “Azəriqaz” İB yanında İctimai Şuranın üzvü olmuşam. Həmin müddətdə mənə müraciətlər olurdu. Müraciət edənlərin çoxu uzun müddət “Azəriqaz”da aşağı vəzifədə və cüzi maaşla işləyən insanlar idi.
Bu müraciətlərlə bağlı mən dəfələrlə sabiq baş direktora fikir və irad bildirmişəm. Demişəm ki, bəzi ixtisaslı və ali təhsilli insanlar qurumda fəhlə kimi çalışır. Bu məsələyə diqqət ayırın. Lakin mənim heç bir təklifim, müraciətim və iradım eşidilmədi. Baxmayaraq ki, mənə müraciət edənlərin heç biri ilə əvvəllər münasibətdə olmamışdım. Sadəcə İctimai Şuranın üzvü olduğum üçün gəlib məni tapmışdılar, dərdlərini mənə demişdilər.
Şura üzvünün heç bir müracətini diqqətə almayan Ruslan Əliyev indi məlum olur ki, bütün dostlarını, qohumlarını və yaxınlarını “Azəriqaz”da məsul vəzifələrə təyin edib. Həmin kadrların çoxu bu gün də vəzifə başındadırlar”.
Qeyd edək ki, “Azəriqaz”ın sabiq sədrinin dövründə bir sıra qohumlarını vəzifəyə gətirməsi ilə bağlı ölkə mətbuatında xəbərlər yayılıb.
Məlumatlara görə, “Azəriqaz” İstehsalat Birliyinə işə qəbul SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən müsabiqə yolu ilə həyata keçirilsə də, “Azəriqaz” İB-də işə qəbulla bağlı müraciət edənlərdən imtahanı götürən şəxs Vüsal Həsənov sabiq baş direktorun yaxın adamı olub.
Hazırda Vüsal Həsənov Satış Departamentində şöbə rəisinin müavinidir. Maraqlıdır ki, Ruslan Əliyevin qohum əqrəbasına və yaxınlarına hazırda “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini olan Cahid Hüseynovun himayə etdiyi bildirilir.
Cahid Hüseynovla “Azəriqaz” İB-nin keçmiş rəhbəri Ruslan Əliyev yaxın dost və kirvə olduqları iddia olunur. Bu yaxınlıqdan istifadə edən hazırki sədr müavini Cahid Hüseynov öz adamlarını da “Azəriqaz”a yerləşdirib və bu proses indi də davam edir.
Sabiq sədrin “Azəriqaz”da vəzifə alan yaxınları
Ölkə mediasında yayılan məlumatlara görə, Cahid Hüseynovun bacısı oğlu Aqşin Əliyev bir neçə ay öncə Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayonu üzrə Texniki İstismar Xidmətinin rəis müavini təyin olunub.
Mənbənin məlumatına görə, Cahid Hüseynov Aqşin Əliyevi “Azəriqaz” İB İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis vəzifəsinə hazırlayır.
Onu da bildirək ki, Ruslan Əliyevin və Cahid Hüseynovun yaxınları sırasında “Azəriqaz”ın Satış Departamentin rəisi Zamin Mehrəliyev və Bakı Regional Qaz Satış Departamentinin şöbə rəisinin müavini Emin Bədəlov da var. Bu günlərdə bəzi xəbər saytlarında Cahid Hüseynovun “Azəriqaz”da yüksək vəzifə tutan qohumlarının siyahısı dərc edilib. Həmin siyahıda Ruslan Əliyevin və Cahid Hüseynovun ortaq dostları, həmçinin Cahid Hüseynovun həmyerliləri, qardaşı oğlu, əmisi oğlu, dayısı oğlu, xalası uşaqları və digərləri var./Bizim.Media/
1-11-2019, 12:49
22-01-2021, 20:25
7-11-2019, 23:49
26-02-2014, 13:31
1-03-2021, 14:42
Sorğu
Yeni dizaynımız necədir?