Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda tikinti şirkəti fəhlələri qanunsuz işlədib - 20 min manat cərimə gözləyir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "SHB İnşaat" şirkətində nöqsanlar aşkarlayıb.
Nazirliyin yoxlaması nəticəsində şirkətin işçilərlə əmək müqaviləsi bağlamadan onları əməyə cəlb etdiyi məlum olub.
Buna görə də nazirlik şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə cərimə protokolu tərtib edib.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Gültəkin Əsədovanın icraatına verilib.
Aprelin 18-də məhkəmə baxış iclası keçiriləcək.
Məhkəmə iddianı təmin edərsə, şirkət 20 000 manat məbləğdə cərimələnəcək.
Qeyd edək ki, "SHB İnşaat" şirkəti 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Babazadə Şərəf Yusif oğludur.
Gundemxeber,az
5-04-2024, 19:33
18-06-2021, 16:14
7-10-2022, 11:12
3-04-2024, 23:33
4-07-2013, 16:59
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?