GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ünvanlı sosial yardım - Ayının min oyunu bir armudun başındadır

Ünvanlı sosial yardım - Ayının min oyunu bir armudun başındadır

Tarix: 9-04-2024, 14:19 Bölmə :Cəmiyyət Baxış: 278

Azərbaycanda ünvanlı dövlət sosial yardımının verilməsində vətəndaşlara bir sıra problemlər yaradılır. Yaradılan problemlərdən biri də vətəndaşlara kommunal xərclərə görə ünvanlı dövlət sosial yardımından imtina verilməsidir. Suraxanı rayonu sakini Mürsəlova Səbinə Bədir qızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kommunal xərci çox olduğu üçün ona ünvanlı dövlət sosial yardımı verilməsindən imtina olunub. Onun sözlərinə görə, elektrik enerjisi, su sərfinə görə aylıq ödəniş çox olduğundan ailəyə ünvanlı dövlət sosial yardımı verilməyib.


Kommunal ödənişləri çox olan vətəndaşa sosial yardıma imtina gəldi
Gundemxeber.az bildirir ki, Sputnik Azərbaycan-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş cavabda bildirilib ki, Mürsəlova Səbinə Bədir qızı ilə bağlı 30 avqust 2023-cü il tarixində ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciəti olub. Müraciətə qurumlarla yoxlama əsasında 14 sentyabr 2023-cü il tarixində ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə ( 36.9 manat) bərabər və ya ondan yuxarı olması səbəbi ilə imtina verilib. Ailə tərəfindən son 12 ay ərzində işıq üzrə 406, su üzrə 846, qaz üzrə isə 258 manat ödənilib, yəni hər ailə üzvü üçün 62,9 manat xərc olunub.
Qeyd edək ki, vətəndaşlara ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı son vaxtlar şikayətlər artıb.
Quru torpağa görə vətəndaşa yardım verilmir
Milli Məclisin üzvü Razi Nurullayev Sputnik Azərbaycan-a bildirib ki, adına quru torpaq, avtomobil olan şəxslərə də ünvanlı dövlət sosial yardıma görə imtinalar gəlir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 37 saylı qərarına görə, ünvanlı dövlət sosial yardımına müraciət edənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi ilə bağlı qeyd var. Amma bu avtomobilin istismar müddətinin başa çatması barədə məsələ yoxdur. Vətəndaş həmin avtomobili istifadə etməsə belə, adında varsa ona problem yaranır. Deputat deyir ki, NK-nın 37 saylı qərarı sosial yardıma ehtiyacı olanların bu yardımı almasına mane olur. R. Nurullayev deyir ki, vətəndaşlar bu problemlərlə bağlı deputatalara müraciət edirlər. Onun sözlərinə görə, deputatlar xeyli sayda vətəndaşa nəqliyyat vasitəsini, torpaq sahəsini adlarından çıxarmağa yardım edib ciblərindən pul ödəyiblər.
Yumurtlayan toyuğu olan kəndliyə yardım düşmür?
Kəndlərdə az qala yumurtlayan toyuğu olanlara belə bunu gəlir yeri kimi görüb ünvanlı dövlət sosial yardımı verməkdən imtina hallarının olduğuna dair şikayətlər də tez-tez sosial şəbələrdə yer alır. Məlumatlara görə, Zaqatalada yumurtlayan ördəyi olduğuna görə vətəndaşa ünvanlı sosial yardım verilməsindən imtina edilib.
Nazirlik sosial yardım alanların artdığını deyir, rəqəmlər azaldığını göstərir
Nazirlik isə iddia edir ki, son illər aparılan sosial islahatların hədəflərindən biri də ünvanlı dövlət sosial yardımına əlçatanlığın daha da artırılması olub. Bu məqsədlə müvafiq qanunvericilikdə bir sıra dəyişikliklər edilib, ünvanlı sosial yardımın təyinatı şərtləri xeyli yumşaldılıb.
"Məsələn, artıq ailənin götürdüyü kredit ünvanlı sosial yardım almaq hüququna baxılan zaman gəlir kimi nəzərə alınmır və yardım təyinatına maneə yaratmır. Yaxud sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə yaşayış minimumuna nisbəti əvvəllər 10 faizdən çox olmamalı idisə, son illər bu nisbət 15 faizə çatdırılıb. Həmçinin ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat verməsi üçün müəyyən olunan müddət 5 iş günündən 15 iş gününə qədər uzadılıb. Eyni zamanda, ünvanlı sosial yardım üçün müraciət edən zaman ailədən tələb olunan məlumatların sayı əhəmiyyətli dərəcədə azaldılıb və artıq həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur və s", - nazirlikdən bildirilib.
Nazirlikdən həmçinin bildirilib ki, ailənin adına pay torpağının olması heç də ona ünvanlı sosial yardım təyinatına maneə yaratmır: "Lakin həmin pay torpağı ilə bağlı aylar üzrə ardıcıl məcburi dövlət sosial sığorta ödənişləri edilməlidir. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) isə ailəyə ünvanlı sosial yardımın təyin olunmasından imtina edilir".
Məlumat üçün bildirək ki, son illər ünvanlı dövlət sosial yardımı alanların sayında kəskin azalma var.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb. Bu eyni zamanda, 2023-cü ildə yardım alan ailələrin sayında da azalmanın olması deməkdir. Ötən il bu sosial yardımı alan ailələrin sayı əvvəlki il ilə müqayisədə 1500 daha az olub. Bütün bunlar ilə yanaşı, 2023-cü ilin yekunlarında bir nəfərə düşən orta aylıq məbləğ 88,09 manatdan 114,3 manatadək yüksəlib. Bu daha çox ötən il ehtiyac meyarı həddinin 2022-ci illə müqayisədə 23 faiz artırılaraq 246 manat müəyyənləşdirilməsi ilə bağlı olub.
Elə qaydalar qoyublar ki...
Deputat Vüqar Bayramov da bildirir ki, ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını daha da aktuallaşdırır: "Məsələn, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda o yardıma müraciət etmək hüququna malik olmur. Halbuki, daha məqsədəuyğun olardı ki, bu tələb istehsal ili çox köhnə olan avtomobillərə şamil edilməsin. Aydındır ki, buraxılış ili çox köhnə olan avtomobil nə dəyər baxımdan, nə də ailənin gəlir mənbəyi baxımdan xüsusi paya malik ola bilmir. Bütövlükdə, son statistika ünvanlı sosial yardım proqramı ilə bağlı mövcud fiskal imkanlar çərçivəsində təkmilləşdirilmələrin aparılmasını daha da prioritetləşdirir".
Qeyd edək ki, 2024-cü il yanvarın 1-nə olan vəziyyətə görə, 64,0 min aztəminatlı ailənin 272,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Onun bir nəfərə düşən orta aylıq məbləği 114,3 manat təşkil edib. Ötən ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 422,3 manat idisə, bu ilin müvafiq dövründə həmin məbləğ artaraq 485,6 manat təşkil edib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ünvanlı sosial yardımların verilməsində yeniliklər olacaq

    Azərbaycanda ünvanlı sosial yardımların ...

    6-11-2013, 12:51

  • 
  • Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilir

    Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ ...

    11-05-2020, 11:00

  • 
  • Səlim Müslümov görünməmiş addım atdı - nazir saxtakarları üzə çıxartdı

    Səlim Müslümov görünməmiş addım atdı - nazir ...

    28-11-2013, 10:02

  • 
  • Məmurların kütləvi həbsi gözlənilir

    Məmurların kütləvi həbsi gözlənilir ...

    21-11-2013, 12:36

  • 
  • Azərbaycanda sosial yardımın alınması asanlaşdırılır

    Azərbaycanda sosial yardımın alınması ...

    28-08-2015, 14:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu