Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimova və əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlədən fermer həbs edilib.
1971-ci ildə Kürdəmir rayonunda anadan olmuş Əhliman İmranov (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Əhliman İmranov atasından miras qalmış fermanı öz adına sənədləşdirmək üçün Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etsə də, indiyədək heç bir nəticə əldə edə bilməyib. Bununla bağlı kömək edilməsi üçün DİN-nin 102 xidmətinə zəng vururaq, "silahlı dəstə düzəldim, icra hakimiyətinə gedim, ya neyləyim" deyib.
Etdiyi şikayətlə bağlı polis əməkdaşları onun yaşadığı ünvana gəlib, izahat verməsi üçün onu polis şöbəsinə dəvət etdikləri üçün əsəbi halda Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlədib.
Fermer məhkəmədə öz haqqını tələb etdiyini bildirib. Amma əsəbi halda etdiyi hərəkətlərinə görə peşman olduğunu da dilə gətirib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 5 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. /qaynarinfo.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?