Azərbaycan Gənclər və İdman Nazirliyinin və UNICEF-in dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Dəyirmi Masa - Məşğulluq” layihəsi baş tutacaq.
Layihəmiz 19-30 aprel tarixlərində regionlardakı gənclər evində həyata keçəcək və gənclər arasında müxtəliflər oyunlar, müzakirələr edərək fikir mübadiləsi aparılacaq, gənclərin məşğulluq sahəsiylə bağlı layihə təklifləri öyrəniləcək.
Gənclər arasında keçirilən görüşümüzün əsas məqsədi məşğulluq sahəsiylə maraqlanan gənclərin, xüsusilə də yeniyetmə və gənc xanımların bu sahə üzrə bilik və bacarıqlarının artırılması, natiqlik, komanda ilə işləmə, tədqiqat və təqdimat bacarıqlarının inkişaf etdirilməsi, onları əldə edə biləcəyi fürsətlərlə bağlı məlumatlandıraraq inkişaflarına töhfə verməkdir.
Layihəmiz 19-30 aprel tarixlərində regionlardakı gənclər evində həyata keçəcək.
Sorğu
Yeni dizaynımız necədir?