“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində 2014-cü ilin yanvar ayı ərzində keçirilən internet səsvermənin nəticəsi olaraq səslərin 42.1 faizini toplayan Quba rayonu Azərbaycanın "Gənclər Paytaxtı 2014" seçilmişdir. Bakı şəhərində 2 fevral Gənclər Gününə həsr ediləcək tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin "Gənclər Paytaxtı 2014ün adı rəsmən açıqlanacaq, Gənclər Paytaxtının rəmzi açarı Quba rayonuna təqdim ediləcək. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycanın gənclər paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?