Xətai rayonu 64 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “İnsan alveri və qadın zorakılığı cəmiyyətin bəlasıdır” mövzularında görüş keçirilib. DİN-dən gundemxeber.az-a daxil olman məlumata görə Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Polis əməkdaşları tərəfindən narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edilib. Erkən nikah hallarına, insan alveri və qadın zorakılığına qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?