GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan ilk dəfə 11-ci Avropa Pediatriya Konqresində Azərbaycan Milli Sessiyasını təşkil edib -FOTOLAR

Azərbaycan ilk dəfə 11-ci Avropa Pediatriya Konqresində Azərbaycan Milli Sessiyasını təşkil edib -FOTOLAR

Tarix: 28-04-2024, 16:19 Bölmə :Cəmiyyət Baxış: 373


Bu günlərdə Türkiyənin Antalya şəhərində 11-ci Avropa Pediatriya Konqresi keçirilib.


Avropa Pediatriya Assosiasiyası/Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqı (EPA-UNEPSA, ARS) tərəfindən mütamadi olaraq pediatriya sahəsində çalışan həkim-mütəxəssislər üçün təşkil edilən bu konqresdə  pediatriyada aktual mövzular üzrə ən son tədqiqatlar, perspektivlər və  kliniki bacarıqlara dair praktiki kurslar təqdim edilib.

Avropada, həmçinin beynəlxalq  miqyasda uşaq sağlamlığını qorumaq, pediatriyada olan mühüm problemlərə diqqəti artırmaq üçün bu konqresdə 60-dan çox ölkədən gələn  və müxtəlif pediatriya qurumlqarını təmsil edən nümayəndə heyətləri iştirak edib.

Türkiyənin Antalya şəhərində ev sahibliyi etdiyi  Avropa Pediatriya Assosiasiyasının 11-ci konqresində ölkəmizi EPA-UNEPSA-nın 12 ildən şox müddətdə  üzvü olan Azərbaycan Pediatrlar Assosiasiyası təmsil edib.

Qardaş ölkə Türkiyənin bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi və ev sahibi kimi öz müstəsna hüququndan istifadə edərək Azərbaycanın bu konqresdə təmsil olunması üçün yaratdığı şərait əsl qardaşlıq nümunəsi olaraq qürurvericidir.

Konqresdə ilk dəfə olaraq Azərbaycan Pediatrlar Assosiasiyası Azərbaycan Milli Sessiyasını təşkil edib.

Azərbaycan nümayəndə heyətində təmsil olunan APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadənin “Tibb təhsilində bioetikanın inteqrasiyasının əhəmiyyəti”, APA-nın üzvləri – tibb üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hacıyevanın “Uzun müddət davam edən kovid zamanı uşaqlarda miokardın tranzitor hipoksiyası”, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayevin “Xroniki xəstəliklər üçün peyvəndlər və onlar haqqında yeniliklər”, endokrinoloq İlkin Məcidovun “Anadangəlmə hipotireoz” mövzularında ingilis dilində məruzələri, eləcə də digər mütəxəssislərin təqdimatları olub.

Çıxışlardan ələvə konqresin xüsusi poster sərgisində həkimlərimizin üç poster məruzəsi də təqdim edilib. Bundan əlavə, APA üzvlərinin konqresə təqdim etdiyi üç məqalə nüfuzlu “British Medical Journal”da dərc olunub.

Konqresdə APA-nın sədri dosent Təranə Tağı-zadə “EPA-UNEPSA-nın elm medalı”nı, digər  iştirakçılar 11-ci Avropa Pediatriya Konqresinə dəyərli elmi töhfəsinə görə TÜBİTAK-ın bir sertifikatı, bir təşəkkürnaməsi, eləcə də “Avropa CME”nin Sertifikatını əldə ediblər.

Azərbaycan Pediatrlar Assosiasiyası olaraq bu mötəbər konqresdə ilk dəfə olaraq Azərbaycan təmsilçiləri üçün xüsusi Milli Sessiya təşkil edilməsinə və nümayəndə heyətimizə göstərilən böyük etimada görə, Avropa Pediatriya Assosiasiyasının prezidenti, professor Massimo Pettoello Mantovani, Avropa Pediatriya EPA/UNEPSA Konqresinin prezidenti, professor Mehmet Vural, Elmi Komitənin sədri, EPA/UNEPSA-nın vitse-prezidenti, professor Hilari Hoey, Elmi Komitənin həmsədri, professor Esra Şevketoğlu, akademik Leyla Namazova-Baranova və Dr. Sir Terence Stefensona, eləcə də ölkəmizi təmsil edən iştirakçılar – dosent Ülviyyə Hacıyeva, uzman-həkimlər –Telman Aytayev, Azad Əkbərzadə, İlkin Məcidov və başqalarına uğurlu iştiraka və dəyərli məruzəyə görə öz dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Pediatrlar Assosiasiyası


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender müəmması-FOTOFAKT

    Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender ...

    3-10-2022, 15:29

  • 
  • Azərbaycan boksçusu erməniyə qalib gəldi və Avropa çempionu oldu

    Azərbaycan boksçusu erməniyə qalib gəldi və ...

    29-10-2017, 11:26

  • 
  • İkinci Avropa Oyunlarında Azərbaycan 79 idmançı ilə təmsil olunacaq

    İkinci Avropa Oyunlarında Azərbaycan 79 idmançı ...

    18-05-2019, 13:19

  • 
  • Yaponiya səhiyyə qrupu: Maska 2 yaşdan kiçik uşaqlar üçün çox təhlükəlidir

    Yaponiya səhiyyə qrupu: Maska 2 yaşdan kiçik ...

    27-05-2020, 21:22

  • 
  • Azərbaycanı ilk dəfə Avropa Oyunlarında qadın samboçu təmsil edəcək

    Azərbaycanı ilk dəfə Avropa Oyunlarında qadın ...

    20-05-2019, 11:35


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (327)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu