İki yaşdan kiçik uşaqlar maskaları geyinməməlidirlər, çünki nəfəs almaq çətinləşə bilər və boğulma riskini artıra bilər. Yaponiyanın səhiyyə qrupu bunu koronavirus böhranından sonra ölkənin yenidən açıldığı zaman valideynlərə təcili şəkildə müraciət edərək bildirib.
Baş Nazir Şinzo Abe bazar ertəsi Tokio və qalan dörd bölgədə fövqəladə vəziyyət rejimini aradan qaldırıb, ancaq virusun yenidən yayılmağa başlayacağı halda, yenidən təcrid qaydalarının tətbiq edilə biləcəiyinə dair xəbərdarlıq edib.
Virusun yayılmasının qarşısını almaq üçün dünya boyu səhiyyə mütəxəssisləri koronavirus səbəbi ilə qapanan ölkələrdə məhdudiyyətlər yumşaldıldıqca sosial məsafəni qorumaq çətin olduqda insanlara maska taxmağı tövsiyə edirlər.
Lakin Yaponiya Pediatriya Assosiasiyası valideynlərə maskaların körpələr üçün çox riskli olması barədə xəbərdarlıq edib.
"Körpələrin tənəffüs yolları dar olduğu üçün maskalar nəfəs almağı çətinləşdirir" - deyən assosiasiya maskaların onların ürəklərinə ağırlıq salmaqla yanaşı, istilik vurma riskini artırdığını da bildirib.
"Gəlin, iki yaşdan kiçik uşaqların maskalardan istifadəsini dayandıraq" - deyə, Assosiasiyanın rəsmi saytındakı bildirişdə qeyd olunub.
Bildirişdə həmçinin uşaqlar arasında bu günə qədər çox az ciddi koronavirus yoluxmalarının olduğunu və əksər uşaqların ailə üzvlərindən yoluxduğunu, məktəblərdə və ya bağçalarda demək olar ki, epidemiyanın yayılmasının müşahidə olunmadığını vurğulayıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) və Amerika Pediatriya Akademiyası da iki yaşdan kiçik uşaqların üz örtükləri geyinməməli olduğunu bildirib.
Sorğu
Yeni dizaynımız necədir?