Rusiya Baş Qərargahı prezident Vladimir Putinin tapşırığı ilə yaxın vaxtlarda Cənub Hərbi Dairəsinin (CHD) raket birləşmələrinin və Hərbi Dəniz Qüvvələrinin təlimlərinin keçirilməsi üçün hazırlıqlara başlayıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqram-da məlumat yayıb.
Təlimlər zamanı digər məsələlərlə yanaşı, "qeyri-strateji nüvə silahlarından istifadə məsələlərinin” də işlənməsi planlaşdırılır. Təlimlər "Qərb rəsmilərinin təxribat xarakterli bəyanatları və təhdidlərinə” cavab olaraq keçirilməyə hazırlanır.
"Təlim qeyri-strateji nüvə silahlarının döyüş istifadəsi bölmələrinin şəxsi heyətinin və texnikasının cavab vermək üçün hazırlığını qorumaq və ayrı-ayrı Qərb rəsmilərinin Rusiya Federasiyasına qarşı təxribatçı açıqlamalarına və təhdidlərinə cavab olaraq Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib. Bu yaxınlarda "The Economist”ə verdiyi müsahibədə o, Kiyevin xahişindən sonra Fransa qoşunlarının Ukraynaya göndərilməsinə icazə verəcəyini bildirib. Bu gün, mayın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə müdaxilə tələb oluna bilər və ABŞ qoşunlarının Ukraynaya göndərilməsi istisna edilmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?