Keçmiş hakim Həsən Əliyevlə keçmiş prokuror Mirələkbər Seyidov arasında məhkəmə çəkişməsi davam edir.
Mirələkbər Seyidov barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Fərrux Qasımovun icraatındadır. Dəymiş zərərin məbləği 200 min dollardır.
Həsən Əliyev Mirələkbər Seyidovun ona qarşı dələduzluq əməli törətməsi barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Faktla bağlı cinayət işi başlanıb və Mirələkbər Seyidov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Keçmiş prokuror barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İbtidai istintaq yekunlaşdıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmünə əsasən keçmiş prokuror dələduzluq əməlində təqsirli bilinib və ona şərit cəza verilib.
Mirələkbər Seyidov bundan əvvəl də dələdzuluq əməlinə görə məhkum edilib. Həsən Əliyev də dələduzluq əməli törətdiyinə görə 2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 müddətinə azadlıqdan məhrum edilib.
Mirələkbər Seyidov Binəqdinin prokuror, Həsən Əliyev isə Binəqədi Rayon Məhkəməsinin sədri olub./QAYNARINFO/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?