Son günlər adı yenidən gündəmə gələn Binəqədi rayonun keçmiş prokuroru, dələduzluqda ittiham olunan Mirələkbər Seyidov fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə münasibətindən danışıb. O, AzNews.az-a açıqlamasında bildirib ki, E.Abdullayevlə tələbə yoldaşı olub:
“Elşad Abdullayevi yaxşı tanıyıram, o, mənim tələbə yoldaşım olub, yaxın olmuşuq. Amma onunla heç bir işbirliyim olmayıb. Sadəcə bəxtim onda gətirməyib ki, onun rəhbərlik etdiyi ali məktəb mənim çalışdığım rayonun ərazisində yerləşib. Biz yalnız rayonun ümumi tədbirlərində bir araya gəlmişik. Yazıların hamısı böhtan xarakterlidir. İstəyirəm ki, bunu hamı bilsin ki, mən günahsızam ”.
“Əgər heç bir günahınız, onunla heç bir qanunsuzluğa yol verməmisinizsə, niyə çıxarılan qərardan şikayətçi deyilsiniz” sualımıza cavab vermədi: “Mən xəstə adamam. Allah göydən baxır...”
Qeyd edək ki, M. Seyidovun ötən il Elşad Abdullayevlə əlaqələrinin olmasına görə işdən çıxarıldığı bildirilirdi. Bu ilin iyulunda isə M. Seyidov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək, 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum edilib. Onun barəsində bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?