Vətəndaş özünə məxsus evi icarəyə verdiyi zaman hansı vergi öhdəlikləri yaranır və bu zaman ondan vergi orqanında uçota alınma (VÖEN almalı) tələb oluna bilərmi?
Gundemxeber.az Dövlət Vergi Xidmətindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, əgər vətəndaşın evini VÖEN-i olan şəxs icarəyə götürürsə, o zaman vətəndaşın özünün VÖEN açmasına ehtiyac yoxdur. İcarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Yəni, vətəndaşın icarədən əldə etdiyi gəlirinin 14%-i vergi şəkilində dövlət büdcəsinə ödənilir. Lakin bu vergini vətəndaş deyil, evi icarəyə götürən şəxs ödəyir. Vətəndaşın gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək kimi öhdəliyi də yaranmır. Lakin evi icarəyə götürüən şəxsin VÖEN-i yoxdursa, yəni icarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda evini kirayə verən vətəndaşın özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. Əlavə olaraq bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?