AZAL şirkəti yay mövsümü ilə əlaqədar bir çox istiqamətlərə yeni uçuş xətləri açıb.
GUNDEMXEBER.AZ tribunainfo.az-a istinadla xəbər verir ki, şirkət xüsusən Türkiyənin turizm şəhərlərinə birbaşa uçuşlar təşkil etdiyini rəsmi olaraq bəyan edib. Şirkətin Facebook səhifəsində yayınlanan xəbərlərdən biri də Türkiyənin Dalaman şəhərinə birbaşa uçuşun açılması ilə bağlıdır. Daha aşağı qiymətə təklif edildiyi iddia olunan bu uçuşla bağlı elə şirkətin rəsmi saytında apardığımız araşdırma zamanı məlum olub ki, AZAL Dalamana gedənlərə yalan danışıb. Belə ki, şirkətin rəsmi saytında Dalamana birbaşa deyil, ən yaxşı halda 8 saatlıq gözləmə ilə getmək mümkündür. Yəni, sərnişin Dalamana getmək üçün AZAL-dan birbaşa uçuş bileti alır, lakin İstanbul hava limanında 8 saat gözlədikdən sonra başqa bir təyyarə ilə (bu AZAL-ın da təyyarəsi ola bilər-red.) həmin şəhərə uça bilər. Bu azmış kimi, AZAL “ucuz bilet” məsələsində də müştərilərini aldatmağa cəhd edir. Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, Dalamana ən yaxşı halda 8 saatlıq gözləmə ilə uçmaq istəyən şəxs bunun üçün gediş və gəlişə görə, 908 manat pul xərcləməlidir. Bir də 8 saatlıq gözləməni də nəzərə alsaq, o zaman bu xərcin ən azı 1000 manatdan çox olacağı (yemək, su və digər xərclər) şübhəsizdir. Maraqlı məqam odur ki, AZAL “birbaşa uçuş” adı ilə müştərilərini niyə aldatmağa çalışır? Bu azmış kimi, “ucuz bilet” adı ilə baha qiymətə bilet satmasıyla da bu niyyətini davam etdirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?