GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İş adamı gömrükdə qızıllarının əlindən alındığını deyir

İş adamı gömrükdə qızıllarının əlindən alındığını deyir

Tarix: 11-06-2024, 13:00 Bölmə :Cəmiyyət Baxış: 135

İş adamı gömrükdə qızıllarının əlindən alındığını deyir

İş adamı üzərində olan qızılların Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarəti zonasında əlindən alındığını iddia edir.

GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Oxu.Az-a şikayətçi Rauf Məmmədov məlumat verib.

O bildirib ki, aprelin 4-də qızının ad günü və bayramla əlaqədar İstanbuldan Bakıya səfər edib: "2008-ci ildən bəri ölkə xaricində yaşayan iş adamıyam. Bu ilin aprelin 4-də Ramazan bayramı və qızımın ad günü münasibəti ilə İstanbuldan Bakıya gəldiyimdə gömrük əməkdaşları qolumda və boynumdakı zinət əşyalarını yoxlanışdan keçirib qaytaracaqlarını dedilər. Gömrük işçiləri çantamda qızlarım üçün aldığım 2 ədəd qolbağı və mənə məxsus üzərimdə olan boyunbağıya və qolbağıma baxış keçirdikdən sonra mənə geri qaytarmadılar. Dedilər ki, ya rüsum ödəməlisiniz, ya da bu zinət əşyaları karqo terminalına göndəriləcək. Onların mənim özümə məxsus olduğunu bildirdim, boyunbağımın kənarında olan qırığı da sübut kimi göstərərək geri qaytarmalarını istədim. Mən Türkiyə, Rusiya və Avropa ölkələrində belə bir problem yaşamadığımı bildirdim. Doğma vətənimdə isə bu problemlə üzləşdim".

Şikayətçi iddia edir ki, ondan qanunvericiliyə uyğun olmayan sübutlar istəyiblər: "Məndən qızılla olan şəkillərimi istədilər. Mən onlara belə bir şəklimin olmadığını bildirdim. Məndən bu tərzdə qanunvericiliyə uyğun olmayan sübutlar istədilər. Bu vaxt yanımda zinət əşyasına görə saxlanılan xarici vətəndaş da var idi. Xarici vətəndaşın qızıllarına baxış keçdikdən sonra, onu dərhal buraxdılar, amma mənim qızıllarımı mənə qaytarmadılar. Hətta qızlarım üçün hədiyyə aldığım qiyməti 800 dolları keçməyən, rüsuma düşməyən qolbaqları da mənə vermədilər".

Rauf Məmmədov iddia edir ki, qızıllarını saxlanca qoyulmasını tələb edib, ancaq gömrük əməkdaşları karqo terminalına göndəriləcəyini bildirib: "Qızıllarımın saxlanca qoyulmasını istədim. Amma qızılımı saxlanca yox, bir başa karqo terminalına göndərdilər. Əməkdaşlara sual verdim ki, saxlanc nə üçündür? Əməkdaşlar bildirdilər ki, saxlanc vətəndaşların qayıtdığı zaman əşyaları götürməsi üçündür. Daha sonra onlar mənə bildirdilər ki, sizin qızılınızın saxlancda saxlanılmasına Hava Yolları Baş Gömrük idarəsinin rəis müavini Rahib müəllim icazə verməyib. Əməkdaşlar qızılları tez götürməyimi, vaxt uzandıqca üzərinə daha çox pul gəldiyini bildirdilər. Aprelin 8-də qızıla baxış keçirdikdən sonra, Rahib müəllim icazə vermədi. Məndən yenidən bir neçə gün gözləməyimi istədilər. Üç gün sonra yenidən Rahib müəllimin yanına getdim, mənimlə görüşdən imtina etdi. Dəfələrlə görüşmək istəsəm də, bu baş tutmadı".

Şikayətçinin sözlərinə görə, ondan ərizəsini dəyişməyi tələb ediblər: "Gömrük idarəsinin əməkdaşı Aygün xanım mənə bildirdi ki, Rahib müəllim deyir ki, onun qızılını 15 gün sonra verə bilərik, bir şərtlə ki, ərizəsini dəyişdirsin. Aprelin 22-də məndən yeni ərizə yazmağımı istədilər. Bir neçə ərizə yazmağıma baxmayaraq, heç birini bəyənməyib, mənim qarşıma ərizə forması qoyub eynisini yazmağımı istədilər. Aprelin 22-də yazdığım ərizənin tarixini 08.04.24 tarixinə dəyişdirərək ilk ərizəmlə əvəzlədilər. 08.04.24 və 22.04.24 tarixində yazdığım ərizələrin hər birinin orijinalı məndə mövcuddur. Aygün xanım bildirdi ki, ərizəni yazdığınızdan 15 gün sonra qızılınız sizə veriləcək. Aprelin 22-də qızılım saxlanca verilməli idilər, Rahib müəllim yenidən məsələni yubatdı".

Rauf Məmmədov deyir ki, İstanbula səfəri olduğu üçün prosesi davam etdirmək üçün qardaşına etibarnamə verib. Gömrük əməkdaşı ona öhdəçilik yazdırıb: "Aprelin 23-də İstanbul səfərim olduğuna görə Aygün xanım mənə bildirdi ki, bir nəfərə etibarnamə verim, prosesi o davam etdirsin. Mən də qardaşıma etibarnamə verdim. Həmin vaxta qardaşım Ramil Şəmsəddin oğlu Məmmədov qızılları geri almaq üçün karqo terminalına yaxınlaşdıqda gömrük əməkdaşı Aygün xanım Rahib müəllimin tapşırığı ilə qardaşıma əlavə olaraq, bir daha saxlancdan istifadə edə bilməyəcəyimi, mənə məxsus olan əşyaların birbaşa müsadirə olunmağı ilə bağlı öhdəçilik yazdırıblar. Öhdəçiliyin nüsxəsini qardaşıma verməyiblər. Daha sonra 170 AZN pul ödəyərək mədaxil qəbzlərini götürüb və qızılı götürmək üçün anbara yaxınlaşıb. Saxlanc rüsumu olaraq 1040 AZN tələb ediblər. Qardaşım ödəməyəcəyini bildirdikdə gömrük əməkdaşları ondan təkidlə ya ödənişi indi etməli olduğunu, ya da ki qızıldan imtina etməyini tələb ediblər. Hava yolları baş gömrük idarəsinin rəis müavini Rahib müəllimə görə övladlarıma bayram günü və qızıma doğum gününə hədiyyəmi verə bilməmişəm. Məni ən çox narahat edən məqam odur ki, bu hal məndə ilk dəfə yaşanır. İlk dəfədir zinət əşyalarımı əlimdən alırlar. Mənə belə bir narahatçılıq yaşadıblar".

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundov Oxu.Az-a açıqlamasında bildirib ki, şikayətçinin gətirdiyi qızıllar nəzərdə tutulmuş hədlərdən artıq olub: "Rauf Məmmədov 2024-cü il aprelin 5-də İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarəti zonasında "Qırmızı Kanal" buraxılış sisteminə daxil olub və müşayiət etdiyi baqajı rentgen qurğusuna qoymaqla gömrük nəzarətinə təqdim edib. "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na əsasən nəzərdə tutulmuş hədlərdən, yəni 20 qramdan artıq qiymətli metallar və qiymətli daşlar gömrük orqanına yazılı formada bəyan edilməlidir. Rauf Məmmədov özü ilə gətirdiyi qızıl-zinət əşyalarını əvvəlcədən gömrük orqanına yazılı bəyan etmədiyi üçün gömrük əməkdaşı tərəfindən sözügedən əşyaların gömrük nəzarətinə təqdim edilməsi tələb olunduqdan sonra vətəndaş üzərində olan qızıl zərgərlik məmulatlarını gömrük orqanına təqdim edib, mallara ətraflı baxış keçirilməsi üçün gömrük əməkdaşı tərəfindən yoxlama otağına dəvət olunub. Müşayiət olunan baqaj yüklərinə baxış zamanı orada da qızıl məmulatlarının olduğu, beləliklə təqdim edilən qızıl-zinət zərgərlik məmulatlarının ümumi çəkisinin 75 qram təşkil etdiyi müəyyənləşdirilib. Qeyd edilənlərə əsasən, malların təyinatının müəyyən edilməsi məqsədilə 05.04.2024-cü il tarixli akt əsasında müvafiq qaydada rəsmiləşdirilməsi üçün Bakı Karqo Terminalına göndərilib. Rauf Məmmədov 08.04.2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qızıldan zərgərlik məmulatlarından ibarət 2 ədəd boyunbağı və 3 ədəd qolbağı malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinə dair müraciət edib və onun müraciəti həmin tarixdə qeydiyyata alınıb".

Natiq Axundovun sözlərinə görə, Rauf Məmmədovun müraciətinə 9 iş günü ərzində baxılıb və təmin edilib: ""Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü müddətində baxılır. Rauf Məmmədovun müraciətinə isə 9 iş günü ərzində baxılıb və təmin edilib. Vətəndaşa gömrük qanunvericiliyinin əsasları, xüsusilə malların ölkə ərazisinə gətirilməsi və buraxılışının hansı hallarda şəxsi istifadə təyinatına uyğun olması qaydaları izah edilib və 23.04.2024-cü il tarixdə Rauf Məmmədov nümayəndəsi Ramil Məmmədov vasitəsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək ölkə ərazisinə şəxsi istifadə miqdarından artıq qızıl-zinət əşyalarını gətirəcəyi təqdirdə qanunvericiliyin tələblərinə riayət edəcəyi barədə öhdəlik götürüb və qeyd edilən müraciət həmin tarixdə qeydiyyata alınıb. Müraciətdə göstərilən "anbarda saxlanc rüsum olaraq 1040 AZN tələb edilməsi" fikrinə münasibətdə bildiririk ki, malların "Bakı Karqo Terminalı"na (BKT) göndərilməsinə dair 05.04.2024-cü il tarixli aktın "Bildiriş" hissəsində də qeyd edildiyi kimi malların Bakı Karqo Terminalında saxlanılmasına görə vəsait BKT tərəfindən hesablandığı və bu məbləğin gömrük ödənişlərinə daxil olmadığı barədə vətəndaşa məlumat verilib".


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrükdə külli miqdarda zinət əşyaları müsadirə olundu

    Gömrükdə külli miqdarda zinət əşyaları müsadirə ...

    29-05-2018, 11:56

  • 
  • Gömrükdə 40 min siqaretini aldılar

    Gömrükdə 40 min siqaretini aldılar ...

    23-02-2016, 12:21

  • 
  • "Guya mənə 211 min dollarlıq mal göndərib" - Özbəkistandakı diaspor rəhbərinə İTTİHAM

    "Guya mənə 211 min dollarlıq mal ...

    24-06-2021, 12:20

  • 
  • Bakı aeroportunda sahibkarlara qan udduran MTN-çilər yoxa çıxıb

    Bakı aeroportunda sahibkarlara qan udduran ...

    30-10-2015, 23:28

  • 
  • İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl aşkar edilib

    İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram ...

    15-04-2023, 19:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (280)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu