Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həcc ziyarətində ölümlər niyə olub? - Həmin ayədə yazılanlar...
Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 900-ü keçib. Məkkədə temperaturun 51,8 dərəcəyə qalxması insanların ölümünə səbəb olub. Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdırlar. Bu il həcc ziyarətində dünyanın hər yerindən 1,8 milyon insan iştirak edir. Bu hadisə fonnunda Ali İmran surəsinin 97-ci ayəsi paylaşılıb, müzakirə edilir. Ayədə qeyd edilir ki, Kəbəyə daxil olan şəxs əmin-amanlıqdadır, təhlükədən kənardır. Belə olan halda ayədə yazılanlar necə anlaşılmalıdır?
GUNDEMXEBER.AZ bildirir ki, teleqraf.com-a danışan ilahiyyatçı deputat Ceyhun Məmmədov hesab edir ki, bu məsələlərin bir-biri ilə əlaqəsi kökündən yanlışdır:
“İsti hava səbəbindən vəfat edənləri bu ayə ilə əlaqələndirmək düzgün deyil. Ayədə tamam başqa məna nəzərdə tutulur. Ayənin mənası budur ki, Allah evində olan hər kəs əmin-amanlıqdadır, təhlükəsizdir. Havanın isti keçməsi təbiət hadisəsidir. Dünyanın istənilən yerində bu cür hadisələr baş verə bilər. Ona görə bu məsələni həmin ayə ilə əlaqələndirmək, ziddiyət axtarmaq insanların əmin-amanlıqda olmadığını bildirməyi düzgün hesab etmirəm. Əks halda belə fikirlər dinə ziddir. İnsanlar bu məsələdə diqqətli olmalıdırlar. Ayənin mənası o deyil ki, həmin ərazilərdə təbiət hadisəsi və yə başqa bir hadisə heç vaxt olmayacaq. İnsanlar buna belə də yanaşmalıdırlar. Etiqadımız, düşüncəmiz ilə yanaşmalı, bu məqamı əsas götürməliyik. Burada başqa hansısa məqsəd axtarmaq kökündən yanlışdır. İnsanlar çalışmalıdırlar ki, yanlış izah və təsirlərdən uzaq olsunlar”.
İlahiyyatçı Elşad Miri isə bildirir ki, insanların dediklərində həqiqət var:
“Mövcud olan tərcümələrə baxıldığı zaman iradlar doğrudur. Mövcud tərcümələrdə ora daxil olanın əmin-amanlıqda olduğu bildirilir. Həcc anlayışı tamamilə mahiyyətindən, məqsədindən uzaq bir yanaşmaya çevrilib. İnsanlar gedib Kəbənin ətrafında fırlanmaqla heç bir zaman xüsusi bir imtiyaz qazanmırlar. Məqami-İbrahim deyilən yerdə, ayaq izinin arxasında iki rükət namaz qılmaqla onların dərəcələri yüksəlmir. Həcc məsələsi əslində beynəlxalq konqresdir. Həcc məsələsi dünyanın problemlərinin həlli üçün əsrlər, minillərlə buyrulmuş Birləşmiş Millətlər Təşkilatı funksiyasındadır. Allah həcci zülmə məruz qalanların, başqalarının boyunduruğu altında olanların, baş verən münaqişələrin, müharibələrin həlli, sülh üçün fəaliyyət göstərməli olan bir qurum olaraq buyurub. Ancaq təəssüf ki, insanlar pul verib gedib orada şeytan daşlayır, Minada gecələyir, Arafatda qalıb dua edirlər. Bunlar Qurani-Kərimdə yoxdur. Guya Arafatda edildiyi zaman dualar qəbul edilir. Sanki başqa yerdə edildiyi zaman dua tez qəbul olunmur. Belə rəvayətlərlə, yanlış bilgilərlə bizi doldurublar”.
Elşad Mirinin sözlərinə görə, Kəbə fırlanmaq üçün deyil, zülmə məruz qalanların məsələlərinin həlli üçündür:
“Orada milyonlarla insanların qala biləcəyi çadırlar, hər cür şəraiti olan yerlər var. Bu gün qaçqın statusunda olan ölkələrindən didərgin düşmüş insanların sığınması üçün əsas olan yerlərdir. Ayə Kəbəyə daxil olan şəxs əmin-amanlıqdadır deyil, əmin-amanlıqla ora daxil olunmalıdır, onların təhlükəsizliyi təmin edilməlidir mənasındadır. Yoxsa “ora girənə heç nə olmayacaq, ora uzun ömürlülərin yeridir, başına heç bir iş gəlməyəcək” kimi yanaşmalar absurddur”.
GUNDEMXEBER.AZ
17-06-2013, 12:06
20-08-2018, 08:19
5-08-2019, 13:59
14-08-2018, 15:09
1-07-2016, 17:07
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?