Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rektorun oğlu sərəncama götürüldü - ƏMR
Nazirlik rəsmisi parlamentdə çıxışı zamanı bildirib ki, ixtioz xəstəliyi ilə bağlı rəqəmlər narahatedicidir.
Bu gün Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazirlik rəsmisi bildirib ki, ixtioz xəstəliyi ilə bağlı rəqəmlər narahatedicidir: "Biz bunun statistikasını da aparmışıq. Ölkədə 700-ə yaxın ixtioz xəstəsi var. Bununla bağlı dövlət proqramı qəbul olunub. Biz onları dərman və sarğı materialları ilə də təmin edirik".
Qeyd edək ki, Azərbaycanda ixtioz və bullyoz epidermolizli xəstələrin qeydiyyatı aparılacaq, həmin şəxslərin daim nəzarətdə saxlanılması üçün onların vahid elektron reyestri yaradılacaq.
Bu, Nazirlər Kabinetinin "2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamında əksini tapıb.
Sərəncamda qeyd edilib ki, ilk növbədə ixtioz və bullyoz epidermolizə qarşı mübarizə tədbirlərinin koordinasiyası aparılmalı, bu sahədə tərəfdaş olan müəssisə və təşkilatlar müəyyən edilərək işgüzar əlaqələr yaradılmalıdır.
Bununla əlaqədar tərəfdaş müəssisə və təşkilatlar arasında icra sahələrinin bölgüsü aparılacaq, hər rübdə bir dəfədən az olmayaraq və ehtiyac olduqda əlavə olaraq onların iştirakı ilə iclaslar təşkil olunacaq və müzakirələr nəticəsində aşkar olunan problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.
İxtioz və bullyoz epidermolizli xəstələrin qeydiyyatının aparılması, həmin şəxslərin daim nəzarətdə saxlanılması üçün onların vahid elektron reyestri yaradılmalıdır. Vahid elektron reyestrin yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanacaq, həmin reyestrin təşkili və fəaliyyətinin təmini ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.
GUNDEMXEBER.AZ
10-11-2018, 11:34
23-09-2016, 13:54
8-04-2015, 16:35
21-10-2019, 14:57
20-08-2021, 14:50
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?