“Səhiyyə Nazirliyinin qarşısında etiraz edən gənc qız qara ciyər serrozudur və nazirlik olaraq biz onu dəfələrlə dövlət tibb müəssisələrinə yerləşdirmişik”.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, həmin xanım dövlət tibb müəssisələrində deyil, özəl xəstəxanalarda və xaricdə müalicə almaq istəyir. “O xanımın səhhəti ilə bağlı problemlər var və dəfələrlə nazirlik onu dövlət tibb müəssisələrinə yerləşdirib. Yenidən dünən gəldi və nazirliyin inspektoru onun xəstəliyinin profili üzrə bir neçə xəstəxana təklif etdi. Xanıma bildirildi ki, daim nəzarətdə saxlanılacaq. Lakin o ancaq özələ və ya xaricə getmək istədiyini bildirir. Bu isə bizim səlahiyyətimizə daxil deyil”, deyə S.Əhmədova vurğualyıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?