GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 29 gündür aclıq edən Fazil Qasımov həbsinin səbəbləri ilə bağlı müraciət yayıb

29 gündür aclıq edən Fazil Qasımov həbsinin səbəbləri ilə bağlı müraciət yayıb

Tarix: 12-07-2024, 23:17 Bölmə :Cəmiyyət Baxış: 262


“Mən mindən çox Azərbaycan gəncinə xaricdə təhsil imkanı yaradan bir təşəbbüs-AYEF layihəsini (Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alınan Təhsil Fondu) irəli sürdüyümə, iqtisadçı alim Qubad İbadoğlu ilə birlikdə Azərbaycan iqtisadiyyatı ilə bağlı tədqiqatlar apardığıma, xeyriyyəçi azərbaycanlı iş adamı Mübariz Mənsimova qarşı repressiyalara etiraz etdiyimə görə, özüm repressiyalara məruz qalmışam. İndi siyasi repressiyaların qurbanı olmaq təhlükəsi ilə üz üzəyəm”.

Bu barədə 29 gündür 1 saylı Bakı İstintaq Təcridxanasında aclığı davam etdirən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun müraciətində deyilir.

Gundemxeber.Az bildirir ki, müraciəti Fazil Qasımovun ailəsi iyulun 12-də Amerikanın Səsinə təqdim edib.

“Məruz qaldığım şər-böhtana və kobud insan hüquqları pozuntularına etiraz olaraq 29 gündür aclıq edirəm. Səhhətim ağır vəziyyətdədir. Daha öncə mədə əməliyyatı olunduğuma görə, aclığın sağlamlığıma mənfi təsirləri daha böyükdür. 1930-cu illər Sovet Azərbaycanında intelektual soydaşlarımıza qarşı aparılmış repressiyalar, həmçinin Türkiyəyə sığınan soydaşlarımızın siyasi sifarişlə geri göndəriləndən sonra Sovet əsgərləri tərəfindən güllələnməsi hələ də qəlbimizi sızladır. Dünyadakı vicdanlı insanlar, o cümlədən vicdanlı dünya azərbaycanlıları dəstək olub məni zindandan çıxarmasına, haqq ədalət dayanıqlı inkişaf, demokratik islahatlar, təhsildə fürsət bərabərliyi üçün mübarizə aparan, Türkiyədən siyasi sifarişlə qanunsuz deportasiya olunduqdan sonra Azərbaycanda şər-böhtana, işgəncələrə, təhqirlərə məruz qalan, çayına, yeməyinə qatılan psixotrop maddələrlə zəhərlənən, qəsdən sağlamlığına ağır zərər vurulan, bütün bu haqsızlıqlara, repressiyalara, barbarlığa aclıq edərək etirazını bildirən bir elm adamı yaxın zamanda həbsdə həyatını itirəcək. Bir daha Türkiyə Prezdentindən, Azərbaycan həbsxanasında Aleksey Navalnının aqibətini yaşamadan məni Türkiyəyə qaytarmasını və təhlükəsiz şəkildə İstanbul universitetində elmi tədqiqatlarımı davam etdirməyim üçün köməklik etməsini xahiş edirəm,” o, müraciətində bildirib.

Qasımov həbsindən sonra işgəncələrə və qeyri insani rəftara məruz qaldığnı bildirib. Onun fikrincə, işgəncələrə məruz qalmasının səbəbi apardığı araşdrımalarıdır.

“Biz, iqtisadçı alim Qubad İbadoğlu ilə 2021-ci ilin payızından başlayaraq Azərbaycanda iqtisadi fəaliyətin iki mühüm indikatoru-ümumi daxili məhsulun və ümumilli məhsulun formalaşmasında əhəmiyyətli rol oynayan şirkətlər və investorlarla bağlı tədqiqatlar aparmışıq. Biz ikimiz də ixtisasça iqtisadçıyıq və Azərbaycan vətəndaşlarıyıq. Ona görə də, Azərbaycan iqtisadiyyatı ilə bağlı tədqiqatlar aparmağımız təəccüb doğurmamalıdır, ancaq Azərbaycanda korrupsiya hallarının geniş yayılması ucbatından Azərbaycan iqtisadiyyatı barədə apardığımız tədqiqatlar korrupsiyaya bulaşmış məmurlar tərəfindən narahatlıq doğurur. Biz Beynəlxalq Şəffaflıq təşkilatı tərəfindən yayınlanan korrupsiya qavrama indeksi üzrə siyahıda Azərbaycanın 150-ci yerdə olmasından və ildən ilə mövqeyinin pisləşməsindən narahat olaraq, dövlər büdcəsinin və dövlət şirkətlərinin idarə edilməsində səmərələliyin və şəffaflığın artırılmasına töhfə verməyə çalışmışıq. Həmçinin, azərbaycanlı investorların ölkə daxilində və xaricindəki biznes fəaliyyətlərini araşdıraraq onların Azərbaycanın ümummilli məhsulunun formalaşmasında rolunu müəyyən etməyə çalışmışıq. Biz Azərbaycan neft-qaz və əlvan metal sənayesinin inkişaf tarixini, azərbaycanlı investorların ofsor biznesini də tədqiq etmişik. Bu tədqiqatlarımız ictimai maraqlara xidmət edir”, o qeyd edib.

Qasımov hesab edir ki, neft-qaz sektoru ilə bağlı apardıqları araşdırmalar nəticəsində 2022-ci ildə Azərbaycan dövlər neft şirkətinin (SOCAR) idarə edilməsində köklü islahatlar həyata keçirilib, idarə heyətinə yüksək təhsilli, biznes idarəçiliyində təcrübəli, korrupsiyaya bulaşmamış şəxslər təyin edilib.

“SOCAR-ın sabiq rəhbərliyinin korrupsiya əməlləri ilə bağlı yerli və xarici mətbuatda çoxlu məlumatlar var. Biz bu məlumatların həqiqətə uyğun olub olmadığını araşdırmışıq, məlumatlar təsdiqini tapıb. Bu araşdırmada bizə kiçik bir köməklik edən araşdırmaçı jurnalist Hafiz Babalı da saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilmişdir. Biz SOCAR-da korrupsiya cinayətlərinin törədildiyi 50 törəmə şirkət müəyyən etmişik. Bu 50 şirkət vasitəsilə mənimsənilən dövlət vəsaitlərinin miqdarı bir milyad dollardan çoxdur. Bu dünyada analoqu olmayan korrupsiya cinayətidir”, o qeyd edib.

Qasımov dünyanın inkişaf etmiş ölklərində belə böyük iqtisadi cinayətlərin üstünün açılmasında köməklik edən şəxslərə yüksək mükafatlar verildiyini, Azərbaycanda isə saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edildiyini bildirir.

“İstər Azərbaycan konstitusiyası, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyası, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası vətəndaşlara qarşı pis rəftarı qadağan edir”, o qeyd edib.

Fazil Qasımovun fikrincə, dünyada London İqtisadiyyat məktəbinin müəllimini və UN GSP (Diplomdan sonrakı təhsil proqramı) məzununu saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etmiş ikinci bir dövlət yoxdur.

“Bizim barəmizdə verilən ədalətsiz qərarlar Azərbaycan xalqına, dünya ictimaitinə, beynəlxalq hüquqa, ümum bəşəri dəyərlərə meydan oxumaqdır”.

O Azərbaycanda siyasi repressiyaların dayandırılmasına nail olmaq üçün beynəlxalq dəstəyə ehtiyac olduğunu bildirir. Bu arada Qasımov çoxsaylı beynəlxalq media qurumlarından, BMT rəhbərlərindən, insan hüquqları üzrə beynəlxalq qurumlardan, bir sıra dövlər başçılarından kömək istəyir.

Fazil Qasımov həmçinin müraciətində işgəncələrə məruz qalmasının səbəbi kimi Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun (Palmalı Şirkətlər Qrupunun təsisçisi-red) azadlığa çıxması üçün 2021-ci ildə araşdırmaları ilə dəstək olmasını göstərir. Bu arada o Mübariz Mənsimova qarşı müxtəlif qrupların, şəxslərin münasibətinin və məhkəmə proseslərinin geniş xronikasını sadalayır.

Öz növbəsində, Azərbaycan hüquq mühafizə orqanları Fazil Qasımovun müraciəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib. Bununla yanaşı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bir qayda olaraq ittihamlar və işgəncələrlə bağlı deyilənləri təkzib edir və bunu şəxslərin özlərini müadifə üçün “uydurduqları yalan” adlandırır .

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan iqtisadçı alim Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Qasımov həmçinin həbsinə etiraz olaraq iyunun 25-də ictimaiyyətə müraciət edib.

“Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına etiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb. Ya Azərbaycan həbsxanasında yaxın zamanda aclıqdan öləcəm, ya da Sizlərin dəstəyi ilə azadlığa çıxıb İstanbul Universitetində elmi fəaliyyətimi dəvam etdirəcəm”, o qeyd edib.

O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalist 20 gündür aclıq edir

    Jurnalist 20 gündür aclıq edir ...

    26-08-2019, 14:33

  • 
  • Ailəsi Fazil Qasımovun başına gələnlərdən xəbərsiz olduğunu deyir - “Bütün ailəmiz, eləcə də, Fazil həmişə İlham Əliyevi dəstəkləyib”

    Ailəsi Fazil Qasımovun başına gələnlərdən ...

    11-08-2023, 16:00

  • 
  • Həbsdə olan jurnalist doqquzuncu gündür aclığı davam etdirir

    Həbsdə olan jurnalist doqquzuncu gündür aclığı ...

    15-08-2019, 16:17

  • 
  • Müsavat Partiyasının fəalı həbsxanada aclıq edir

    Müsavat Partiyasının fəalı həbsxanada aclıq edir ...

    26-07-2019, 14:43

  • 
  • Tofiq Yaqublu altıncı gündür aclığı davam etdirir

    Tofiq Yaqublu altıncı gündür aclığı davam etdirir ...

    7-09-2020, 11:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu