Həbsdə olan "realliq.info" saytının redaktoru İkram Rəhimov doqquzuncu gündür aclığı davam etdirir. Onun səhhətində ciddi problemlər yaranıb.
Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.
Onun təzyiqi düşüb, başgicəllənməsi yaranıb, mədəsində kəskin ağrılar baş qaldırb, 10 kiloqramadək çəki itirib. Səhhəti çox ağırdır. Jurnalsitin ailə üzvü Rəhimovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, jurnalist avqustun 15-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsindən ailəsinə zəng vurub və quru aclığı davam etdirdyini bildirib. O həkim nəzarəti altındadır.
“Onun təzyiqi düşüb, başgicəllənməsi yaranıb, mədəsində kəskin ağrılar baş qaldırb, 10 kiloqramadək çəki itirib. Səhhəti çox ağırdır. Təcridxanada qida qəbul etməsi üçün təzyiq etdiklərini dedi. İkram ona qarşı edilən haqsızlıq davam etdiyi üçün quru aclığı ölənədək davam etdirəcəyini bildirdi. Danışığımız çox qısa oldu. Çünki o danışanda çətinlik çəkirdi, səsi çox xırıltılı idi,” ailə üzvü Amerikanın Səsinə bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi İkram Rəhimovun aclıq etdiyini təsdiq edib.
“İkram Rəhimov bir neçə gündür aclıq edir. Aclıq etmək onun hüququdur və bu hüququndan istifadə edir. O quru aclıq keçirmir, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. Hazırda səhhətində problem yaranmayıb. Ona qida qəbulu üçün təzyiq edilməsi barədə deyilənlər həqiqətə uyğun deyil. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.
İkram Rəhimov bir neçə gündür aclıq edir. Aclıq etmək onun hüququdur və bu hüququndan istifadə edir. O quru aclıq keçirmir, su qəbul edir. Penitensiar Xidmət İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.
İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.
Həmçinin vəkil xahiş edib ki, həmin səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatət təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.//amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?