Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib. O bildirib ki, vaqonların yükü taxta materiallarından ibarət olub: "Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".
Sorğu
Yeni dizaynımız necədir?