GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhkəmə İrandan olan fəalın siyasi sığınacaqla bağlı şikayətini təmin etməyib

Məhkəmə İrandan olan fəalın siyasi sığınacaqla bağlı şikayətini təmin etməyib

Tarix: 17-07-2024, 15:10 Bölmə :Cəmiyyət Baxış: 132

İyulun 17-də Bakı İnzibati Məhkəməsi hakim Orxan Həsənovun sədrliyi ilə İranda həbsdən qaçıb ağ bayraq qaldıraraq 2023-cü il oktyabrın 12-də Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təslim olan İran vətəndaşı, azərbaycanlı siyasi fəal Puya Purhemmətinin Azərbaycan Dövlət Miqrasiya Xidmətinin siyasi sığınacaqla bağlı müraciətindən imtina etməsindən verdiyi şikayəti təmin etməyib.

Gundemxeber.az xəbər verir ki, bu barədə Amerikanın Səsinə Purhemmətinin özü bildirib.

“Məhkəmədə deyilənlər mənə gülünc gəldi. Guya mən siyasi qaçqın deyiləm, Azərbaycan (İran Azərbaycanı-red) Demokrat Partiyasının üzvü deyiləm. Amma, mən bu partiyanın İdarə Heyətinin üzvüyəm, idarə edənlərdən biriyəm. Məhkəmədə mənim üçüncü ölkəyə getməklə bağlı müraciətimə toxundular. Dedilər ki, mən demişəm başqa ölkəyə gedib partiyamızın fəaliyyətini davam etdirməliyəm. Guya gedib, üçüncü ölkədə qrant alıb üzv olduğum partiyanı inkişaf etdirəcəm. Sonra Güney Azərbaycanı (İran Azərbaycanı-red) və Azərbaycan Respublikası söhbəti etdilər. Guya İran Azərbaycanında yaşayanların Azərbaycan Respublikasına dəxli yoxdur. Mən isə sual etdim ki, necə olur biz İranda Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyü ilə bağlı aksiyalar keçirəndə, Rusiya silahları İran ərazisi ilə Ermənistana daşınanda etiraz aksiaysı edəndə bir xalq idik, indi yox? Nədən indi İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına dəxli yoxdur? Hakimin özü də məni çox yaxşı başa düşürdü. Amma, şikayətimi təmin etmədi”, o qeyd edib.

Puya Purhemməti məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

“Buna baxmayaraq mənim İrana deportasiya olunmamla bağlı təhlükə qalmaqdadır. İrana deportasiya olunsam orada məni edam gözləyir. Bu səbəbdən dünyada insan hüquqlarını, BMT-nin İnsan Haqları Deklorasiyasını özləri üçün prioritet sayan ölkələrə müraciət edərək məni ölümün pəncəsindən xilas etməyə çağırıram”, o qeyd edib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı hüquqazidd təqiblərdən yaxa qurtarması üçün sığınacaq hüququ var.

“Milli və beynəlxalq qanunvercilik sığınacaq hüququnu tənzimləyir. Azərbaycan konstitusiyanın 70-ci maddəsi siyasi sığınacaq hüququnu tənzimləyir. Həmin maddənin tələblərinə görə, Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 4-cü maddəsinə əsasən, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir", o qeyd edib.

Hüquq müdafiəçisi bildirib ki, azərbaycanlı aktivist Puya Purhemməti İranda dinc qaydada yığıncaqlar azadlığından istifadə edib və buna görə edam cəzası təhdidi altında olub.

“O, ölümdən xilas olmaq məqsədilə Azərbaycan-İran sərhədində ağ bayraq qaldırıb, Azərbaycan tərəfindən sığınacaq istəyib ki, bu da beynəlxalq humanitar hüququn və milli qanunvericiliyimizin tələblərinə tam uyğundir. Lakin təəssüf ki, siyasi qaçqının təhlükəsizliyini, sosial-siyasi təminatını yerinə yetirmək əvəzinə onun barəsində cinayət təqibi həyata keçiriblər, üstəlik 3 ay həbsdə saxlayıblar, sonra isə pul tənbehi təyin ediblər - 3000 manat. Puya Purhemmətin işini əvvəldən izlədiyimə görə deyə bilərəm ki, Azərbaycanın prokurorluq orqanları xüsusi canfəşanlıq edir, onun cəmiyyətdən təcrid olunmasına çalışır ki, bu da qüvvədə olan yerli və beynəlxalq qanunvericiliyə ziddir. Obrazlı desək, aktivist yağışdan çıxıb, yağmura düşüb, çünki Azərbaycanda da məhkəmələr müstəqil deyil, hüquq mühafizə orqanları siyasi rejimin əlində alətdir. Odur ki, aktivist Puya Purhemməti ABŞ, İsveçrə, Almaniya, Norveç, Belçika, Danimarka kimi hüquq qaydasının işlədiyi dövlətlərə müraciət edibsə, bu, başadüşüləndir”.

Səfərov hazırda Bakıda olan aktivistin İranın Azərbaycandakı səfirliyi, SEPAH tərəfindən hədələndiyindən, hətta oğurlanıb İrana aparılacağı ilə təhdid olunmasından narahatdır.

“Çağırış edirəm ki, Azərbaycan hökuməti hüquqazidd edam cəzasından xilas olmaq üçün vətənimizə pənah gətirən siyasi qaçqının sonrakı həyat və təhlükəsziliyinə tam təminat verə bilmirsə, ya da bunu istəmirsə, heç olmazsa, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün real şərait olan dövlətlərdən birinə keçirilməsinə əngəl olmasın. Çünki onun çıxışlarından bu qənaətə gəlirəm ki, belə ağır durumunda günün birində Bakı tərəfindən Tehrana təhvil verilmə təhlükəsi də var”, hüquq müdafiəçisi Amerikanın Səsinə deyib.

Puya Purhemməti İranın əxlaq polisinin nəzarətində olarkən öldürülən Məhsa Əmini ilə bağlı 2022-ci il sentyabrın 29-da Təbrizdə keçirilən etiraz aksiyasının təşkilatçılarından olub.

O, etiraz aksiyasından sonra saxlanılıb. İran məhkəməsi Purhemmətini daxili və xarici qüvvələrlə birləşib hökumət əleyhinə etirazlar təşkil etmə ittihamı ilə 3 il həbsə məhkum edib. Məhkəmə hökmünə görə, həbsindən sonra o, 2 il də İran ərazisini tərk edə bilməzdi.

Puya Purhemməti 2023-cü il oktyabrın 9-da girov müqabilində həbsdən buraxılıb. Həbsdən buraxılandan sonra onu yenidən həbsxanaya qaytarmaq üçün axtarıblar. Bu səbəbdən o, oktyabrın 12-də Azərbaycanın Füzuli rayonu istiqamətində ağ bayraq qaldıraraq İran sərhədini keçərək Azərbaycan sərhədçilərinə təslim olub. Purhemməti Azərbaycan Respublikasından siyasi sığınacaq verilməsini istəyib və ya üçüncü təhlükəsiz ölkəyə keçirilməsini xahiş edib.

Buna baxmayaraq, 2023-cü il oktyabrın 14-də Bakı şəhər Səbail rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Puya Purhemməti barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.1 maddəsi (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) ilə təqsirləndirilən şəxs qismində iki ay həbs qətimkan tədbiri seçib.

Puya Purhemməti 2023-cü il dekabrın 11-də ev dustaqlığına buraxılıb.

Daha sonra Azərbaycanın Füzuli Rayon Məhkəməsi onu 3 min manat cərimə edib və həbs müddəti ilə pul vəsaitini konpensasiya edib.

Puya Purhemməti 1987-ci il sentyabrın 9-da İranın Culfa şəhərində anadan olub. O, İran vətəndaşıdır və hazırda Təbriz şəhrində qeydiyyatdadır. Puya Purhemməti ali təhsillidir və ailəlidir.

Puya Purhemməti deyib ki, hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin üzvüdür. Puya Purhemməti iyunun 24-də Amerikanın Səsinə müraciət edərək həyatının təhlükədə olduğunu bildirib.

“Birinci, Azərbaycan üçün problem olmaq istəmirəm. Necə ki, Azərbaycanın Dövlət Miqrasiya Xidmətində demişəm. Mən orada dedim ki, köməklik etsinlər humanitar viza ilə daha təhlükəsiz olan üçüncü ölkəyə gedim. Mən Azərbaycandan tezliklə başqa ölkəyə getmək istəyirəm. Açığı, İran səfirliyi məni açıq təhdid edir. Evimin yerini, ünvanını bildiyini bildirir. Mənə qaldığım evin ünvanını dedilər. Ona görə məcbur qalıb, yaşadığım ünvanı dəyişdim. İndi çox çətin şəraitdə, stress altında yaşayıram”, o qeyd edib.

Purhemməti BMT qurumlarına, Azərbaycandakı çoxsaylı səfirliklərə humanitar viza üçün müraciət etsə də, hələ cavab ala bilməyib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda həbsdən qaçaraq Azərbaycana keçən dissident Baş Prokurorluqda sorğu-sual edilib

    İranda həbsdən qaçaraq Azərbaycana keçən ...

    3-07-2024, 23:50

  • 
  • Apellyasiya məhkəməsi AXCP fəalının şikayətini təmin etməyib

    Apellyasiya məhkəməsi AXCP fəalının şikayətini ...

    13-08-2020, 14:23

  • 
  • Siyasi fəalın apellyasiya şikayəti təmin olunmayıb

    Siyasi fəalın apellyasiya şikayəti təmin olunmayıb ...

    18-12-2018, 16:00

  • 
  • İran Ali Məhkəməsi Abbas Lisaninin kasasiya şikayətini rədd edib

    İran Ali Məhkəməsi Abbas Lisaninin kasasiya ...

    6-07-2020, 17:20

  • 
  • Apellyasiya məhkəməsi AXCP fəalını azad etməyib

    Apellyasiya məhkəməsi AXCP fəalını azad etməyib ...

    5-07-2019, 15:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu