Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilər ərəfəsində Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat və s.haqda məlumatları YAP-ın saytından başqa digər media qurumlarında dərc olunmasını qadağan edib.
Namizədləri belə bir qaydalara riayət etməyə çağıran YAP-ın, bu cür qaydalara əsaslanaraq şərt qoyması bu gün də bizim üçün çox maraqlıdır. Əslində bu cür addımı atmaq, birbaşa ölkə rəhbərinin həyata keçirdiyi xarici siyasət ilə ziddiyyət təşkil edir. Buna oxşar "qərarlarla" "Medianın İnkişafı Agentliyi" də çıxış edir. Belə ki, bu qurum MEDİA reyestrindən keçməyən müstəqil media subyektlərinə QHT-lərin və digər təşkilatların ödənişli reklamlarını və məlumatlarını dərc etdirməyi qadağan edib. Ümumi mənzərəyə diqqət yetirdikdə məlum olur ki, beynəlxalq qanunlara sığmayan qərarları Azərbaycan hakimiyyətinin yuxarı eşalonunda təmsil olunan yüksək çinli məmurlar tərəfindən verilməsi ehtimalı var. Ölkənin hakim partiyasının belə bir addım atması beynəlxalq aləmdə Azərbaycanla bağlı sağlam fikirlərin formalaşmasına heç də yaxşı yollar açmayacaq.
Sorğu
Yeni dizaynımız necədir?