Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fırıldaqçılar səyahətə gedənləri belə aldadırlar - AÇIQLAMA
Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarını yad etmək üçün (Ərbəin günü) İraqa getmək istəyən vətəndaşlarımız fırıldaqçılar tərəfindən aldadılıb. Üstəlik, bu insanların əksəriyyəti şəhid ailələridir. Bir tərəfdən müsəlman dünyasında böyük mənəvi əhəmiyyəti olan Ərbəin günü reallığı, digər tərəfdə səfərə çıxacaq olanların şəhid ailələri olması faktı...
Göründüyü kimi, qarşı tərəfdə heç bir mənəvi dəyəri hesaba almayan fırıldaqçılar var. Digər tərəfdən, bu cür fırıldaqlara əl ataraq turist kimi istirahətə üz tutmaq istəyən insanları aldadanlar da az deyil.
Belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar nələrə diqqət etməlidirlər?
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov TNS-ə açıqlamasında bildirib ki, təkcə dini səyahətə gedənlər yox, istirahət məqsədilə başqa ölkələrə üz tutan insanlar arasında da bu cür hadisələrlə üzləşənlər olur: “Çox güman ki, həmin şəxslərin ofisi, VÖEN və s. sənədləri olmayıb. Xüsusi endirimli qiymət təklif olunaraq, insanların güvənindən istifadə edilib. Xüsusilə də, dini məqsədli səyahətlərdə insanlar aldadıla biləcəklərini düşünmürlər. Amma təəssüf ki, belə bir hal yaşanıb”.
Ekspert bildirib ki, insanlar bu məsələlərdə diqqətli olmalıdırlar: “Hər hansı bir yerə gedərkən təsadüfi ünvanlarla əlaqə saxlayıb, ilkin ödəniş etməməlidirlər. Bu cür hallar xüsusilə, sosial şəbəkələrdə yaradılan turizm şirkətlərində daha çox baş verir. Heç bir ofisi, bəlli məkanı olmayan şəxslər belə fırıldaqları daha rahat şəkildə həyata keçirirlər.
Ona görə biz hər zaman vətəndaşlara çağırış edirik ki, kəskin qiymət fərqi olan tur-paketləri, səyahətlər şübhələnməyə əsas verir. Belə olan halda, həmin səyahət paketinin qiyməti ilə ən az 3 başqa mənbədən olan səyahət paketinin qiymətini müqayisə etmək lazımdır. Kəskin fərqlənirsə, burada şübhəli məqam var. Ən yaxşısı odur ki, turizm şirkətinin ofisi olsun, vətəndaş orda ödənişlərlə bağlı müqavilə bağlasın və s.
Bu proseslər yoxdursa, pul əldən-ələ verilərək vədlərlə iş görülürsə, aldadılma ehtimalı artır”.
GUNDEMXEBER.AZ
19-07-2014, 03:21
25-05-2017, 13:30
2-08-2014, 03:03
29-10-2018, 22:13
25-01-2021, 17:00
Sorğu
Yeni dizaynımız necədir?