"Telegram"ın yaradıcısı Pavel Durov saxlanılarkən yanında qız və cangüdəni olub.
"Baza" "Telegram" kanalı Durovla birgə həmin qızın - 24 yaşlı Yuliya Vavilovanın da saxlanıldıgını bildirib.
Qeyd olunur ki, dünəndən valideynləri onunla əlaqə saxlaya bilmirlər. Yuluyanın atası qızı ilə sonuncu dəfə danışanda onun Parisə getmək planı barədə öyrəndiyini bildirib.
Bundan əvvəl Yuliya sosial şəbəkədə Bakıdan foto paylaşıb. Həmin vaxt Durov da Bakıda olub.
Ümumiyyətlə, qız tez-tez "Telegram"-ın qurucusunun olduğu yerlərdə olub. Vavilova özünü strimer, heymer və kriptoinvestor adlandırır. Onun saxlanılması barədə rəsmi məlumat yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?