Bakının Sabunçu rayonunun 12-ci polis bölməsinə 21 yaşlı qızın zorlanması barədə ərizə daxil olub.
Bu barədə Vesti.Az-a Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.
Məlumata görə, polisə zərərçəkmiş qızın özü – 1992-ci il təvəllüdlü Ş.D. müraciət edib və avqustun 21-də Araz adlı oğlanın onu aldadaraq öz avtomobilində Sabunçu qəbiristanlığına gətirdiyini bildirib.
Burada kişi qızı döyüb, sonra isə zorlayıb.
Hazırda əməliyyatçılar informasiyanın doğruluğunu araşdırırlar.
Zərərçəkmiş həqiqətən də zorlandığının müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib. Faktla bağlı saxlanılan yoxdur.
Bu arada Sabunçu RPİ-dən bildiriblər ki, tez-tez analoji informasiyaların yoxlanılması qızların özlərinin kişilərlə münasibətə girməsini göstərir. Lakin həmin kişidən istədiklərini (məsələn, pul) ala bilmədikdə, onu cəzalandırmaq üçün polisə müraciət edirlər.
“Lakin hərdən həqiqətən də zorlanma faktının olduğu müəyyənləşir. Buna görə də, bizim vəzifəmiz informasiyanın doğruluğunu yoxlamaq və cinayətkarın saxlanılması üzrə tədbir görməkdir” – deyə, Sabunçu RPİ-nin cinayət axtarışı şöbəsindən bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?