Gundemxeber.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəkil Fuad Əliyevin saxlanılması ilə bağlı məlumat yayılıb.
“Femida” vəkil bürosunda fəaliyyət göstərən vəkil vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev haqda həbs qətimkan tədbiri seçilib.
Vəkillər Kollegiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vəkil Əliyev Fuad Vilayət oğlu ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında Heyətin 17 may 2024-cü il və 10 iyul 2024-ü il tarixlərində fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul edilib.
Qeyd edək ki, Fuad Əliyevin saxlanılması ilə bağlı ilk xəbəri Globalinfo.az saytı yayıb.
Xatırladaq ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib. Əməliyyat nəticəsində büro müdiri və bir vəkil saxlanılıb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?