GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Seçkinin son 2 günü - ölkə boyunca kampaniya necə keçdi

Seçkinin son 2 günü - ölkə boyunca kampaniya necə keçdi

Tarix: 29-08-2024, 10:42 Bölmə :Cəmiyyət Baxış: 543


Seçkini 112 minə yaxın müşahidəçi izləyəcək, 227 nəfəri ATƏT DTİHB-nindir


Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası aparması üçün bu gün və sabah vaxtları var. Həftənin şənbə günü - avqustun 31-i Azərbaycanda “sükut günü”dür. Seçki qanunvericiliyinə görə, parlament seçkisi ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.

Deputatlığa 1052 nəfərin namizədliyi qeydə alınsa da 61 nəfər sonradan namizədlikdən geri çəkilib. Bu səbəbdən parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib. 125 saylı Zəngilan seçki dairəsindən deputatlığa namizəd Nəsiman Yaqublu bir neçə gün öncə nəqliyyat qəzası nəticəsində həlak olduğu üçün hazırkı vəziyyətə görə seçkidə 990 namizəd mübarizə aparır.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə səsvermə hüququ yaranan şəxslərin sayı 51 min 141 nəfərdir.

Seçki ekspertlərinin rəyinə görə, başa çatmaqda olan seçki kampaniyası Azərbaycanda indiyə qədər keçirilən parlament seçkiləri kampaniyaları sırasında ən sakit, gərginliklər yaşanmayan seçki kampaniyası oldu.

Namizədlərin sırasında aktiv, parlaq təbliğat-təşviqat kampaniyası aparanlar olsa da onların sayı elə də çox deyil. Namizədliyi ləğv edilən isə olmayıb.

“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq, namizədlərin qeydə alınması normal səviyyədə həyata keçirildi”. “Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK)  iclasında qurum sədri Məzahir Pənahov deyib. O bildirib ki, proses zamanı sənədləri yerində olmayan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb: "Təşviqat mərhələsinə gəlincə, çox geniş imkanlar yaradıldı, seçicilərlə harada görüş imkani var idisə, orada da yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir müraciət daxil olmadı".

M.Pənahov deyib ki, bəzi seçicilərin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti başa çatıb: “Rəsmi olaraq seçicilərin hamısına bildiririk ki, bu, onların səs verməsinə məhdudiyyət yaratmayacaq. Seçicilər həmin vəsiqə ilə məntəqəyə gedəcəklər və onlara şərait yaradılacaq ki, səsvermə hüququndan istifadə etsinlər. Yəni seçicilər vaxtı ötmüş şəxsiyyət vəsiqələrinə görə narahat olmasınlar”.

MSK sədri həmçinin qeyd edib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilərə hazırlıqla bağlı beynəlxalq qurumların heç bir iradı olmayıb. Seçkilərdə təhlükəsizliyin təmin olunmasına və qanunvericiliyin tələblərinə riayət edilməsinə ciddi şəkildə riayət olunub.

M.Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyalarında seçki üçün lazımi infrastrukturun təmin edilməsi vacibdir: “Dairə və məntəqələrin hamısına verilən inzibati binalar bütün tələblərə uyğundur. Xüsusilə azad olunmuş ərazilərdə elə binalar seçilib ki, orada seçki üçün hər şərait var. Oradakı tikililər yüksək standartlara cavab verir və bütün bölgələrə nümunədir”.

MSK sədri deyib ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin 227 nəfəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləridir.

111 min 200-ə yaxın yerli müşahidəçi qeydə alınıb. 25 siyasi partiyanın 65 minə yaxın müşahidəçisi qeydiyyatdan keçib.

MSK sədri işğaldan azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrinin sayının növbəti dövrlərdə artırılacağını da açıqlayıb. O qeyd edib ki, Böyük Qayıdış prosesi genişləndirildikcə, məntəqələrin də sayı artırılacaq. Bu seçkilərdə isə həmin ərazilərdə 54 məntəqə fəaliyyət göstərir.

MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, Mərkəzi Seçki Komissiyasına namizədlərin seçkiqabağı təşviqatla bağlı qanun pozuntusuna yol verməsinə dair heç bir müraciət daxil olmayıb.

O bildirib ki, namizədlərin təşviqat kampaniyası indiyədək bir-birilərinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə davam edir: “Namizədlər öz məlumat, ismarış və platformalarını seçicilərinə aydın formada çatdırır, onların suallarını cavablandırırlar. Bir məlumatı da qeyd edim ki, MSK-nın 115 nömrəli "Qaynar xətt"inə indiyədək barmaqla sayılacaq qədər müraciət daxil olub. Onların mütləq əksəriyyəti sorğu xarakterlidir. Yaxud da seçki subyektləri tərəfindən hüquqi məsələlər barədə “Qaynar xətt”imizə müəyyən suallar ünvanlanıb. Təşviqat üçün ayrılan yerlərlə bağlı da suallar olub. Bildiyiniz kimi, namizədlərin seçkiqabağı təşviqatı üçün geniş və hərtərəfli imkanlar təmin olunub, təşviqat prosesinin daha geniş vüsət alması üçün MSK müvafiq qurumlarla birgə 5 min 506 yer müəyyənləşdirib və həmin yerlər barədə ətraflı məlumat ictimailəşdirilərək seçicilərin və təşviqat subyektlərinin diqqətinə çatdırılıb. Ayrılan yerlərdən 3469-u açıq, 2037-si isə qapalıdır. Bütün bu yerlər avqustun 31-i saat 8:00-dək namizədlərin sərəncamındadır".

Seçkilərə ən çox sayda müşahidəçi cəlb edən beynəlxalq təşkilat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina Azərbaycan Mətbuat Şurasında olublar.

Mətbuat Şurası İdarə Heyətinin üzvləri - qurumun beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli, komissiyanın təmsilçiləri Yeganə Hacıyeva və Azər Həsrətin, həmçinin şuranın icraçı katibi Əvəz Rüstəmovun iştirak etdiyi görüşdə ölkəmizdə medianın seçkidə iştirakı ilə bağlı məsələlərə dair suallar cavablandırılıb, MŞ-nin seçki ilə bağlı fəaliyyəti haqda bəhs açılıb. Bildirilib ki, qurum seçkiqabağı təşviqat mərhələsinin media orqanlarında işıqlandırılması ilə bağlı monitorinq aparır. Eyni zamanda seçki günü medianın prosesi işıqlandırması vəziyyəti də diqqətdə saxlanılacaq.

Qeyd edilib ki, monitorinq əsasən ölkənin tanınmış, ictimai rəyə təsir göstərən media subyektlərində aparılır, ədalətli rəqabətə zərər gətirən “qara piar” təmayülləri diqqətdə saxlanılır, belə hallar baş verdiyi təqdirdə, bunun yolverilməzliyinə dair müvafiq tövsiyələr ünvanlanır. Seçki günü isə şuranın əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri “Qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Prosesi işıqlandıran jurnalistlər səsvermə başladığı andan bitənədək həmin nömrələrlə əlaqə saxlayaraq, mümkün çətinlik və anlaşılmazlıqlar barədə məlumat vermək imkanı qazanacaqlar.

Bundan başqa seçki günü MŞ-nin İdarə Heyətinin üzvləri, eyni zamanda Mərkəzi Seçki Komissiyasında müşahidəçi kimi qeydiyyata alınmış üzvləri də seçkidə jurnalistlərin iştirakının monitorinqini aparacaqlar, ayrı-ayrı məntəqələrdə onlara yaradılmış şəraitlə tanış olacaqlar./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fevralın 8-i Azərbaycanda “sükut günü”dür

    Fevralın 8-i Azərbaycanda “sükut günü”dür ...

    5-02-2020, 14:01

  • 
  • Milli Məclisə seçkilər: 125 yer uğrunda 769 nəfər

    Milli Məclisə seçkilər: 125 yer uğrunda 769 nəfər ...

    21-10-2015, 16:10

  • 
  • XXX deputatlığa namizəd oldu

    XXX deputatlığa namizəd oldu ...

    7-10-2015, 00:16

  • 
  • Təşviqat başa çatdı — Bu gün

    Təşviqat başa çatdı — Bu gün ...

    10-04-2018, 11:48

  • 
  • Deputatlığa namizəd olan iş adamı qanunları belə pozur - DSK hərəkətə keçməlidir

    Deputatlığa namizəd olan iş adamı qanunları belə ...

    13-01-2020, 13:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu