GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AĞSTAFANIN “TƏHSİL TRİADASI” TROLLARINI NECƏ MÜKAFATLANDIRIR

AĞSTAFANIN “TƏHSİL TRİADASI” TROLLARINI NECƏ MÜKAFATLANDIRIR

Tarix: 5-09-2024, 22:27 Bölmə :Cəmiyyət Baxış: 284

Tovuz-Qazax Regional Təhsil İdarəsinin, Ağstafa təhsil sektorunun və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə razılaşdırılmış hərəkətləri ilə, Ağstafanın təhsil müəssisələrinin rəhbər vəzifələrini təmənna qarşılığında “pay-püşk” etmələri, yaxud, məktəb direktorlarına, direktor müavinlərinə kreslolarını qorumaq üçün müəyyən şərtlər irəli sürmələri barədə indiyədək çox demişik, çox yazmışıq. Söz yox, haqqa, ədalətə, qanunun aliliyinə, öz savadlarına və qüsursuz işləmələrinə güvənib “Triada”nın şərtlərinə boyun əyməyən istisna şəxslər də tapılırdı. Məsələn, Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Vəfa Tağıyeva kimi.

Bu yerdə qeyd etməyə dəyər ki, sözügedən məktəb rayonun ən qabaqcıl, müəllim və şagird sayına görə ən böyük kontingentli təhsil müəssisələrindən biri olduğuna və az-çox imkanlı valideynlərin yaşadığı şəhər inzibati ərazi vahidində yerləşdiyinə görə, hər zaman rəhbərliyin “xüsusi diqqət” mərkəzində olub və məktəbdə təyinatlara “həssas” yanaşılıb. “Triada” Vəfa Tağıyeva kimi mübariz təhsil içilərini gözdən salmaq üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmədilər. Elə “Triada”nın ən ucuz əlaltıları kimi önə verdikləri, daha “yağlı” vəzifə vəd edib baş redaktorumuza qarşı xüsusi ittiham qaydasında məhkəmə davası açmağa təhrik etdikləri Afaq Mustafayeva — Bayram Bayramov cütlüyünün məhkəmədə israrlarından biridə o olur ki, Ağstafa təhsil sistemindəki qanunsuzluqlar barədə məlumatları redaksiyamıza ötürən mənbənin, məhz Vəfa Tağıyeva olduğunu təsdiq edək. Hətta, məhkəmə zalından kənarda, dəhlizlərdə hər iki şəxs israr edir ki, əgər biz məhkəmədə rəsmi qaydada desək ki, faktları Vəfa Tağıyeva verib, o halda iddalarından vaz keçəcəklər. Görünür, hər iki iddiaçı öz qənaətlərinə görə hesab edirlər ki, Elm və Təhsil Nazirliyinin baxış bucağında təhsil işçilərinin korruptiv əməllərinin ictimailəşdirilməsi elə də qəbahət deyil, amma bu əməllər barədə infomasiyanın, məhz təhsil işçisi tərəfindən mətbuata ötürülməsi bağışlanmazdır. Təbii ki, biz belə çirkin sövdələşməyə gedə bilməzdik, hətta informasiyanı verən əsl mənbənin də kim olduğunu açıqladıq. Məhkəmənin çıxardığı qərara da hörmətlə yanaşdıq.

2 saylı məktəbə son 9 ay ərzində 10 dəfə yoxlama komissiyası göndərib Vəfa Tağıyevanı ləkələyəcək heç nə tapmasalar da, nəhayət, onu vəzifədən kənarlaşdırmağa, yerinə isə “qollarına qolay” adam təyin etdirməyə nail oldular. Bu azmış kimi, Afaq Mustafayevaya 2 saylı məktəbin təşkilati məsələlər üzrə direktor müavini vəzifəsini “peşkəş etdilər”. Özü də heç bir imtahan götürmədən. Həmin vəzifənin əvvəlki sahibi ilə necə rəftar edildiyi barədə isə həmin şəxsin qardaşı sosial şəbəkədə müfəssəl yazmışdı. Söz gəzir ki, iddiaçı olan bu xanımın həyat yoldaşı Bayram Bayramov da Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsindən 2 saylı şəhər məktəbinə “transfer” edilməklə mükafatlandırılacaq.

Yəqin ki, sadiq oxucularımız xatırlayarlar, söhbət o Afaq Mustafayevadan gedir ki, Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədət Zeynalovun yanında “hüdudsuz xətir-hörmətindən” istifadə edərək, həyat yoldaşı Bayram Bayramovu, Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat işləri üzrə müdir vəzifəsinə düzəldilməsinə nail olub. O Afaq Mustafayeva ki, heç də quru maaş hesabına toplamadığı pullarını anası Fazilə xanımın əli ilə zinət əşyaları girov götürmək hesabına faizlə borc verir və onların sələm tələsinə düşənlərdən biri olan Siranuş Eyyubova da, hüquq-mühafizə orqanlarında həlli düyünə düşən şikayətini xeyli müddət bundan əvvəl “Dəryaz” qəzetinin səhifələrinə çıxarmışdı.

O Afaq Mustafayeva ki, “Dəryaz” qəzetinin redaksiyasına etdiyi telefon zəngi zamanı o, özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı deyə təqdim edərək, redaksiya rəhbərini təhdid etmişdi, az sonra isə özünü “aydan arı, sudan duru” hesab edən bu xanımın “bic” əməllərinin üstü açılmışdı.

Əlbəttə, yazdığımız tənqidi məqalələrin tam təsirsiz ötüşdüyünü də demək olmaz. Çünki, rəhbərlik tərəfindən Mədət Zeynalova da, Afaq Mustafayevaya da töhmət verilmişdi. Bu fakt Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlının etirafedici səs yazıları ilə təsdiqlənib. Lakin ictimai rəyin tənbehin elə də sərt olmayan bu növü ilə qane olmayacağını görüb “qara məni basınca, qoy qaranı mən basım” taktikasını seçdilər. İddiaçıların ifadələrini əhəmiyyətli hesab etdiyimiz bəzi şəxslərin şahid qismində iştirakını istəmədikləri məhkəmədə qazandıqları müvəqqəti, “Pirr qələbəsi” onları arxayınlaşdırmasın. Ataların belə bir zərb məsəli var: “Haqq nazilər, amma üzülməz!”.

Bayram Bayramovun həyat yoldaşının öz ərinin heç də fəxarət doğurmayan ləqəbinin nə olduğunu məhkəmə zalında dilə gətirməsi də faktdır. Afaq Mustafayeva və Bayram Bayramovun ikincinin qardaşı qəzada dünyasını dəyişib morqda olarkən cibindən seyf açarlarını götürüb mərhumun həyat yoldaşından xəlvətcə saxlancdakı 50 min manata qədər olan pul vəsaitini və zinət əşyalarını mənimsəmələri barədə şikayət, bu gün də hüquq-mühafizə orqanlarında araşdırılmaqdadır.

Bütün bunlardan sonra ortaya bir çox düşündürücü suallar çıxır. Bəyəm, əsassız olsa belə normal adam barəsində bu qədər fərqli-fərqli ittihamlar səsləndirilməlidirmi? Yaxud da, təsdiqini tapmasa belə normal adam barəsində bu qədər şikayət olmalıdırmı? Normal adamın işi bunca məhkəmə müstəvisinə çıxmalıdırmı, çəkişməni udsa belə? Sən kim olasısan ki, hamı səni şərləmək, üstünə böhtan atmaq istəyir? Bütün bu sualların cavabı budur ki, od olmayan yerdən tüstü çıxmaz.

Və sonda Təhsil Naziri cənab Emin Əmrullayevdən xahiş etmək istəyirik ki, Afaq Mustafayevanın nə vaxt, necə imtahan və müsahibə verdiyini əks etdirən görüntülər çıxarılıb incələnsin.Mövzunu davam etdirəcəyik. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq./deryaz.az/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə ŞOK SAXTAKARLIQ – Bu təhsil ocağında oxumayan şagird necə attestat aldı?

    Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə ŞOK ...

    10-07-2019, 16:22

  • 
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 10:52

  • 
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 11:09

  • 
  • Bakıda məktəb bağlandı

    Bakıda məktəb bağlandı ...

    16-05-2014, 10:56

  • 
  • Şagird məktəb direktorunu döyüb?

    Şagird məktəb direktorunu döyüb? ...

    11-02-2014, 15:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (460)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu