Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - DƏHŞƏT YAŞADI
Bakının Xəzər rayonunda 44 yaşlı kişinin bıçaqlanmasının bəzi detalları məlum olub.
Hadisə rayonun Binə qəsəbəsi, Nadir şah Əfşar küçəsində yerləşən dəmir alqı-satqısı obyektində qeydə alınıb.
1980-ci il təvəllüdlü Şahpur Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev isə saxlanılıb.
Məsələ ilə bağlı Şahpur Cəfərov və Nizami Əliyevin ailələri bildiriblər ki, Ş.Cəfərov və N.Əliyevin həyat yoldaşları Binə qəsəbəsində yerləşən poliknikaların birində çalışırlar.
Ailəni tanıyanlar iddia edirlər ki, Ş.Cəfərov həyat yoldaşı Sevinc Cəfərovanın telefonundan N.Əliyevin həyat yoldaşı Arzu Əliyevanın telefon nömrəsini götürərək bəzi mesajlar göndərib.
Buna görə də, N.Əliyev də sözügedən şəxsin işlədiyi obyektə gedərək onu bıçaqlayıb.
Bıçaqlanan şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib./apa
5-02-2015, 11:20
16-01-2014, 12:43
9-08-2018, 20:58
5-09-2014, 10:49
5-09-2014, 11:03
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?