GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tanınmış hakiminin alim bacısı hakim qarşısında – dələduzluqda ittiham olunur – ŞOK MƏHKƏMƏ DOSYESİ

Tanınmış hakiminin alim bacısı hakim qarşısında – dələduzluqda ittiham olunur – ŞOK MƏHKƏMƏ DOSYESİ

Tarix: 23-10-2024, 13:49 Bölmə :Cəmiyyət Baxış: 137

Yasamal rayon Məhkəməsində 11 nəfərə qarşı dələduzluqla – işə düzəltmək və başqa vədlərlə aldadıb onların pulunu ələ keçirməkdə ittiham olunan Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.


10 aya yaxındır ki, davam edən prosesdə zərərçəkənlər Raya Nəcəfovanın barəsindəki qəti imkan tədbirinin dəyişdirilməsini, məhkəmə zalında həbsini tələb edirlər. 

Raya Nəcəfova Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının keçmiş sədr müavini, kimyaçı alimdir. O, dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi əməllərdə suçlanır. Ancaq özü həbsdə deyil, hökm çıxarılanadək onun haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. 64 yaşlı Raya Nəcəfova 11 nəfərə qarşı dələduzluqda – işə düzəltmək və başqa vədlərlə aldadıb onların pulunu ələ keçirməkdə suçlanır. Onun həbsini tələb edənlər də zərərçəkmiş qismində tanınan şəxslərdir. Zərərçəkmişlər öz vəsatətlərində Raya Nəcəfovanın azadlıqda qalsa da, onlara dəymiş ziyanı ödəməkdən ötrü heç bir addım atmadığını vurğulayıblar:

“Əksinə, azadlıqda qalmaqla şahid və zərərçəkənlərə təsir göstərir, məhkəmə prosesinin gedişinə mane olur”.

Zərərçəkmişlər cəzasızlıq mühitinin Raya Nəcəfovada arxayınlıq yaratdığına diqqət çəkiblər. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsinə, hələlik, ehtiyac görmədiyini deyib. Hakim Rauf Daşdəmirov da vəsatəti təmin etməyib. Zərərçəkmişlər məhkəməyə mülki iddialarını da verərək dəymiş ziyanın ödənilməsini – alınmış pullarının qaytarılmasını tələb ediblər. Mülki iddialar icraata götürülsə də, onların təmin olunub-olunmaması məsələsinə hökm çıxarılanda qərar veriləcək. Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. Raya Nəcəfova özünü təqsirli bilmir, ona qarşı ittihamların yalan olduğunu deyir. O, bəzi zərərçəkənlərdən sələmlə pul götürsə də, sonra artıqlaması ilə qaytardığını iddia edir. Raya Nəcəfova ifadəsində bildirib ki, məsələn, ondan şikayətçi olan Sevinc Qayıbovanın aldadılmasında özünün yox, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş Xanlar Nəsirov tanışları vasitəsilə Sevinc Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Xanlar Nəsirova çatıb.

Bəzi zərərçəkənlərlə telefon danışıqları, mesajlara gəlincə, təqsirləndirilən alim iddia edir ki, onların aldadılmasında özünün yox, tanışlarının günahı olub. Amma onun günahlandırdığı şəxslər, o cümlədən Xanlar Nəsirov, Ramiz Nəbiyev, Ədalət Abbasov ifadələrində bildiriblər ki, Raya Nəcəfova yalan danışır. Əksinə, Raya Nəcəfova bəzi adamlarla telefonla danışıb, sakitləşdirmək üçün onlardan kömək istəyib. Onlar da Raya Nəcəfovanın xahişi ilə o adamlarla onun dediyi şəkildə danışıb, müxtəlif vədlər veriblər. Zərərçəkənlər iddia edirlər ki, Raya Nəcəfovanın indiyədək həbs olunmamasında onun qohumlarının rolu var. O, baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun bacısı, deputat Ülvi Quliyevin isə qudasıdır.

“Başqa məhkəmələrdə prokuror, adətən, zərərçəkənlərin mövqeyini müdafiə edir. Bu məhkəmədə isə sanki prokuror Raya Nəcəfovanın vəkilidir. 10 aydır məhkəmə gedir. 10 ayda ziyandan 10 manat ödənməyib. Məhkəmə boş yerə uzanır. Nə qədər olar? Bu adamda əminlik var ki, qardaşına, qudasına görə ona heç nə eləməyəcəklər, ona görə də belə davranır", - zərərçəkən belə deyirlər.

Raya Nəcəfova dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunandan bir müddət sonra – ötən il oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini vəzifəsindən çıxarılıb. O, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçisi vəzifəsində də çalışırmış. Təqsirləndirilən alim 2001–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının direktoru olub./musavat.com

 


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aşıq Namiq 54500 manatını və təqsirləndirilənlərin həbsini istədi

    Aşıq Namiq 54500 manatını və ...

    7-02-2018, 12:56

  • 
  • Deputatın oğluna qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəmə baxışına verilib

    Deputatın oğluna qarşı dələduzluq edən şəxsin ...

    7-06-2018, 15:50

  • 
  • İş adamının 303 minlik dələduzluğu: 9 il həbs cəzası

    İş adamının 303 minlik dələduzluğu: 9 il həbs ...

    9-07-2018, 12:21

  • 
  • "Məmurlarla dostam" deyən falçı məhkəmə zalında həbs olundu

    "Məmurlarla dostam" deyən falçı məhkəmə ...

    30-08-2015, 12:28

  • 
  • Bakıda sürücülük vəsiqəsi düzəltmək adı ilə dələduzluq edən şəxsə hökm oxunub

    Bakıda sürücülük vəsiqəsi düzəltmək adı ilə ...

    22-12-2018, 11:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu