GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tarlada tapdıqları sikkələr həyatlarını dəyişdi - İndiyə qədər kəşf edilmiş ən böyük xəzinə

Tarlada tapdıqları sikkələr həyatlarını dəyişdi - İndiyə qədər kəşf edilmiş ən böyük xəzinə

Tarix: 27-10-2024, 13:48 Bölmə :Cəmiyyət Baxış: 228

Adam Staples 5 il əvvəl torpağın altlndan çıxardığı kiçik metal sikkələrin çox əhəmiyyətli bir kəşf olduğunu görən kimi anlayır, lakin bu qədərni təxmin etməyib. Ölkədə indiyə qədər tapılmış ən böyük xəzinəni kəşf edən Staples yaşadıqlarından danışıb...

Onların hamısı tarlanın ortasında toplanıb tapdıqları gümüş sikkələrə baxırdılar. Yerin altından ona yaxın sikkə tapılıb. Adam Staples orta əsrlərə aid olduğunu təxmin etdiyi bu sikkələrin əhəmiyyətli olduğunu hiss edirdi.
Qaynarinfo xəbər verir ki, 2019-cu ildə Adam Staples yeni metal detektorunu sınaqdan keçirmək üçün 6 dostu ilə kəşfiyyat günü təşkil edib. Əslində, Staples uzun illər detektorla qiymətli metalları axtarmaq hobbisini davam etditib, amma böyük nəticələr əldə etməyib. Həmin gün həm Staples, həm də dostları tapdıqları sikkələrin həyatlarını dəyişəcəyini hiss ediblər. Lakin tarlanın sahibi onlarla razılaşmayıb.

Adam Staples "The New York Times"a verdiyi açıqlamada tarla sahibi ilə əyləncəli söhbət etdiyini bildirib: "Ona Hastings döyüşündən danışırdım. Amma tapdığımız nazik metal parçaların sikkə olduğuna belə inanmırdı".

Heç inanmasa da, xəzinə ovçularına köhnə vedrə borc verən tarla sahibi "Buyurun, davam edin" deyib.

Staples və dostlarının 5 il əvvəl İngiltərənin Somerset şəhərində tapdıqları bu sikkələr indi "Chew Vadisi dəfinəsi" kimi tanınır. Daha da əhəmiyyətlisi, rəsmilər bu sikkələrin İngiltərədə indiyə qədər aşkar edilmiş ən qiymətli xəzinə olduğunu açıqlayıblar.

Sikkələr bu yaxınlarda müstəqil xeyriyyə təşkilatı olan "South West Heritage Fund" tərəfindən 4,3 milyon funt-sterlinqə (5,58 milyon dollar) alınıb. Bu pul Staples, onun dostları və tarlanın sahibi arasında bölünəcək.
Metal detektor hobbisinin nəticəsi olaraq nadir sikkələr və antik əşyalar sahəsində auksionçu olaraq çalışan Adam Staples ikinci sikkəni çıxardıqları zaman əhəmiyyətli bir şey tapdıqlarından əmin olduqlarını bildirib: "Nə olursa-olsun, £1 sikkə olsa belə, cihaz ikinci dəfə siqnal verdikdə, "Başqası varmı" deyirsiniz və xəzinə tapa biləcəyini hiss edirsən".
Staples və dostları cəmi 2584 gümüş sikkə tapıblar. Arxeoloji dillə desək, "xəzinə" adlanan bu cür tapıntılar qədim dövrlərdə təhlükəsizlik məqsədilə torpağa basdırılmış əşyaların kolleksiyalarını təsvir edir.
Tapılan sikkələr Britaniya tarixində kritik dövr olan 1060-cı illərin sonlarına aiddir. Məhz, 1066-cı ildə Hastings döyüşündə Anqlosakson kralı II Harold Fateh Uilyamın başçılıq etdiyi Norman qüvvələri tərəfindən məğlub edilib.

Həm Harold, həm də Uilyamın üzləri tapılan sikkələrdə görünür. Bu o deməkdir ki, xəzinə İngiltərə hökmdarlarının dəyişdiyi bir vaxtda toplanıb basdırılıb.
Britaniya Muzeyində xəzinə registratoru kimi çalışan İan Riçardson deyib: "Onların harada istehsal edildiyi, harada çap edildiyi və çapına kimin cavabdeh olduğu barədə məlumatlar var".
Britaniya qanunlarına görə, "xəzinə" sayılmaq üçün bu cür tapıntıların yaşı 300 ildən çox olmalı və tərkibində ən azı 10 faiz qiymətli metal olmalıdır. Tək sikkə "xəzinə" sayılmır, amma eyni yerdən iki sikkə tapmaq tapıntını "xəzinə" edir. Belə bir "xəzinə" tapan insanlar dövlət orqanlarına xəbər verməlidirlər. Uzun və zəhmətli proseslərdən sonra tapıntıların kimə məxsus olacağı müəyyənləşir.

Bu qaydalarla tanış olduğunu bildirən Adam Staples tapıntı ilə bağlı dərhal tanıdığı bir məmura məlumat verdiyini və təsdiqləmə prosesinin 5 il çəkdiyini bildirib. Digər tərəfdən, Adam Staples və onun dostları kimi tarixdən xəbəri olmayan və ya ona hörmətlə yanaşmayanlar da var. Metal detektoru ilə axtarış qaydaları ölkənin müxtəlif yerlərində fərqli ola bilər. Bundan əlavə, tapıntılar barədə lazımi orqanlara məlumat verməyənlər qanuni sanksiyalarla üzləşə bilər.

Şəxsi mülkiyyətdə olan torpaqlarda torpaq sahibinin icazəsi olduqda metal detektorla axtarış aparıla bilər. Bununla belə, tapılan bütün mümkün xəzinələr barədə yerli hakimiyyət orqanlarına məlumat verilməlidir. Tapılan artefaktın "xəzinə" olduğu müəyyən olunarsa, onun mülkiyyət hüququ Britaniya hökumətinə keçir. Dövlət xəzinənin muzeylərə satışını idarə edir. Satışdan əldə edilən gəlir torpaq sahibi ilə detektor sahibləri arasında bölüşdürülür.

Riçardson bildirib ki, qanunla tapıntılar onları tapan şəxsə və ya torpaq sahibinə aid deyil, lakin ödəniş bu insanlara zəhmətlərinə görə verilən mükafatdır. Bu ödənişlərin bazar dəyərinə bərabər olmasını müəyyən etməkdə məqsəd xəzinələrin qara bazara düşməsinin qarşısını almaqdır.

Proses bəzən baş ağrılarına səbəb ola bilər. Məsələn, 2019-cu ildə ölkənin West Midlands bölgəsində iki nəfər Vikinq dövrünə aid bir dəfinə tapıblar və bu tapıntı barədə səlahiyyətli orqanlara məlumat vermədikləri və gizli şəkildə satmağa çalışdıqları üçün mühakimə edilərək həbsxanaya göndəriliblər.
Üstəlik, artefaktların dəyəri artdıqca, onların paylaşılması problemə çevrilir. Hətta bu səbəbdən qanlı-bıçaq olanlar da var.
"Yeni tanış olduğum insanlarla ova gedəndə ilk verdiyim sual "tapdıqlarımızla nə edirik?" olur. Hesab edirəm ki, əvvəldən hər kəsin münasibətini bilmək vacibdir", deyə Adam Staples bildirib.
Bu xəzindədən olan sikkələr İngiltərədəki muzeylərdə nümayiş olunduqdan sonra daimi olaraq Somerset Muzeyinə köçürüləcək.
Əldə etdikləri nəticənin zəhmətə dəyər olduğunu ifadə edən Adam Staples bildirib: "Çətindir, amma düzgün edilərsə, hər kəs Norman dövrü tortundan bir parça yeyə bilər".
Xəzinədən aldığı payla özünə ev aldığını vurğulayan Staples "Heç bir şikayətim yoxdur. Əla nəticə oldu" deyib.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 200 və 500 manatlıq dövriyyəyə buraxılır

    Azərbaycanda 200 və 500 manatlıq dövriyyəyə ...

    15-12-2012, 15:45

  • 
  • Baş bangir yeni pulların dövriyyəyə buaxılacağndan danışdı

    Baş bangir yeni pulların dövriyyəyə ...

    6-09-2013, 11:45

  • 
  • Marsda planetin tarixini dəyişəcək yeni KƏŞF

    Marsda planetin tarixini dəyişəcək yeni KƏŞF ...

    15-06-2016, 21:34

  • 
  • Üç yeni dünya tapılıb

    Üç yeni dünya tapılıb ...

    28-06-2013, 00:28

  • 
  • Facebook-da yeni təhlükəli boşluq kəşf edilib

    Facebook-da yeni təhlükəli boşluq kəşf edilib ...

    8-07-2014, 18:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (290)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu