GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tanınmış həkimlərin şikayəti təmin edilmədi - Zabit bəraət aldı

Tanınmış həkimlərin şikayəti təmin edilmədi - Zabit bəraət aldı

Tarix: 31-10-2024, 22:32 Bölmə :Cəmiyyət Baxış: 318

bitmap-img6

Binəqədi Rayon Məhkəməsində “Funda” klinikasının qastroenteroloqu Fərrux Nağıyev və “Medistyle” xəstəxanasında reanimatoloq işləmiş Zəfər Hacı-Həsənlinin xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

Gundemxeber.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hər iki həkim hüquq-mühafizə orqanlarından birində zabit olan A.Comərdovun cəzalandırılmasını tələb edib.
Onlar A.Comərdovun yutub sosial şəbəkəsində barələrində böhtan xarakterli məlumatlar yaydığını iddia ediblər və bu səbəbdən Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əsasən cəzalandırılmasını istəyiblər.
Bildirilib ki, bir müddət əvvəl A.Comərdovun həyat yoldaşı qaraciyər sirrozu xəstəliyi ilə əlaqədar qeyd edilən həkimlərin xidmətindən istifadə edib. Lakin ailə aldıqları tibbi yardımın keyfiyyəti və qiymətindən narazı qalıb. Bundan sonra A.Comərdov həyat yoldaşının səhhəti ilə bağlı yutub kanallarından birinə müraciət edərək həkimlərdən şikayətinin olduğunu deyib və həmin şikayət canlı yayımda oxunub.

Şikayətdə həkimlər barəsində: “10 ay əvvəl “Funda” klinikasının həkimi Fərrux Nağıyev və “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Zəfər Hacı-Həsənli tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb, götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni həyat yoldaşım təcili yardım maşını ilə gətirdi, son vəsiyyətimi edərək ölüm anımı gözlədim. Lakin həyat yoldaşım daha sonra məni başqa klinikaya apardı.

Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə yarıtmaz, qeyri-peşəkar cəllad, ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Fərrux Nağıyev və Zəfər Hacı-Həsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı”, - sözləri yer alıb.

Fotoda: Fərrux Nağıyev

Təqsirləndirilən A.Comərdov isə məhkəmədə ifadəsində yutub kanalına müraciət etmədiklərini deyib. O, ali təhsilli zabit olduğunu və məsələ ilə bağlı dövlət qurumlarına ərizə yazdığını bildirib: “Həyat yoldaşım qaraciyər sirrozundan əziyyət çəkir. Onun yaşaması üçün iki ay ərzində ciyər köçürülməsinin labüdlüyü deyilmişdi. Lakin maddi imkanım olmadığından qaraciyər köçürülməsini təmin edə bilmədik. Bundan sonra televiziyadan adını ciyər həkimi kimi eşitdiyimiz Fərrux Nağıyevin yanına getdik.
F.Nağıyev məni və yoldaşımı “Funda” hospitalda qəbul etdi. “Funda”, “Oksigen”, “Güvən”, “Medistyle” klinikalarında, Bakı Patologiya Mərkəzi, “Caspian” xəstəxanasına və adını xatırlamadığım digər xəstəxanalara analizə göndərildik. Qaraciyərindən başqa bütün orqanlarını da yoxlatdırdıq. Daha sonra ona qaraciyərlə bağlı damarlarında tromb olduğunu və bunların açılmalı olduğunu bildirdilər. Qaraciyərlə bağlı əməliyyat olunub-olunmayacağını soruşdum, həkim buna zərurət olmadığını, arvadımı sağaldacağını üzərinə götürdüyünü söylədi.

Fotoda: Zəfər Hacı-Həsənli

Bundan sonra 1 aydan çox müalicə aparıldı. Müalicə ilə bağlı alınması üçün Fərrux Nağıyevin köməkçisi orijinal olduğunu bildirərək Respublika Xəstəxanasının yanında yerləşən aptekdən dərmanlar almağa göndərdi. Əczaçı üzərində Fərrux yazılmış reseptə baxaraq 650 manat aldı. Sumqayıtdakı aptekdə isə həmin reseptdəki dərmanların qiyməti 277 manat oldu. 1 ay 9 gün arvadımı müalicə etdi, bu müddət ərzində qadının vəziyyəti daha da ağırlaşdı. Fərrux Nağıyev çox biganə yanaşırdı, onu sağalda bilmədiyini görüb “Medistyle” hospitalda işləyən Zəfər Hacı-Həsənlinin yanına göndərdi.
Zəfər həkim müayinə edərək xəstəxanada stasionar şəraitdə qalmalı olduğunu, xəzinəyə 2500 manat pul ödəməli olduğumu, xaricdən dərmanlar gətirilməsi adı ilə məndən 2500 manat, daha sonra isə digər xərclər adı ilə 500 manat aldı. Lakin 2 gün sonra İ.Comərdovanın vəziyyətinin ağır olduğunu, onu xilas etməyin mümkün olmadığını qeyd edərək xəstəxanadan çıxarmağı söylədi”.

A.Comərdov hazırda arvadının həyatda olduğunu və başqa klinikada tibbi xidmət aldıqlarını deyib. O, adları çəkilən həkimlərdən prokurorluq orqanlarına şikayət etsə də, cinayət işinin başlanması tələbi rədd edilib.
Məhkəmə isə həkimlərin A.Comərdov barəsindəki xüsusi ittiham qaydasındakı şikayətini əsassız sayıb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə onun təqsiri sübuta yetirilmədiyindən bəraət verilib. Belə ki, yutubda səsləndirilən fikirlərin A.Comərdova məxsus olmasını göstərən sübut aşkar edilməyib. Həmçinin yutubda həmin sözləri oxuyan şəxsin özünün də hazırda həbsdə olduğu qeyd edilib.
Qeyd edək ki, həkim Zəfər Hac-Həsənli artıq “Medistyle” hospitalda işləmir. O, əməkhaqqını ala bilməməsi iddiası ilə həmin klinikanı məhkəməyə verib.

Gundemxeber.az 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ağır cəza

    Vəzifəli şəxslərin adından dələduzluq edənlərə ...

    5-10-2017, 16:24

  • 
  • Sabiq deputatın ittiham etdiyi keçmiş işçinin cinayət işinə xitam verilib

    Sabiq deputatın ittiham etdiyi keçmiş işçinin ...

    30-08-2022, 12:48

  • 
  • Keçmiş MTN əməkdaşının şikayəti təmin edilmədi

    Keçmiş MTN əməkdaşının şikayəti təmin edilmədi ...

    28-03-2016, 14:46

  • 
  • Məhkəmə Elina Hacıyevanın anasının iddiasını rədd etdi

    Məhkəmə Elina Hacıyevanın anasının iddiasını rədd ...

    19-02-2020, 16:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu