Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mövlam Şıxəliyev işində 585 minlik qalmaqal - TƏFƏRRÜAT
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər dəymiş zərərin ödənilməsi üçün hüquqi mübarizələrini davam etdirir.
GUNDEMXEBER.AZ xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, zərərçəkmişlər mülki iddia qaldırmaqla yanaşı, Bakı Hərbi Məhkəməsinin hökmünün tam şəkildə icra edilməsi üçün də hüquqi yollara əl atmaq məcburiyyətində qalıblar.
Məsələ burasındadır, Bakı Hərbi Məhkəməsinin hökmündə Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlaklarının satılaraq zərərçəkmişlərə dəymiş zərərin ödənilməsi də əksini tapıb.
Lakin zərərçəkmişlər iddia edir ki, Nərimanov Rayon İcra Şöbəsi məhkəmə hökmünü icra etmir.
Zərərçəkmişlərdən Hüseyn Səfərov isə bu işdə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Mirzəyevi ittiham edir. Onun iddiasına görə, Rafail Səfərov zərəçəkmişlərə çatmalı olan 585 min manat vəsaiti başqa bir adamına hesabına köçürüb. Hüseyn Səfərov bunla bağlı Rəfail Səfərovu məhkəməyə verib. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılıb.
Lakin iddia təmin edilməyib. Hüseyn Səfərov isə geri çəkilmək niyyətində deyil. O qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.
Digər zərərçəkmişlərin də prosesə qoşulacağı bildirilir. Ümumilikdə, icra məmurundan narazı qalan zərəçəkmişlərin sayı 14 nəfərdir.
GUNDEMXEBER.AZ
22-10-2024, 14:30
7-02-2022, 15:16
10-07-2017, 16:45
7-11-2023, 00:00
7-09-2017, 16:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?