GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dövlətin BAŞ QANUNUNU dövlət (məmurları) AYAQLAYIR

Dövlətin BAŞ QANUNUNU dövlət (məmurları) AYAQLAYIR

Tarix: 12-11-2024, 16:44 Bölmə :Cəmiyyət Baxış: 262


12 noyabr- Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gündür


Dövlətin qanunvericilik sisteminin əsası, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 29 il keçir. 158 maddəlik BAŞ QANUNUN əsas insan və vətəndaş hüquq və azadlıqlarını içinə alan toplam 48 maddəsi (24-71-ci maddələr) bir yana, heç məhkəmə hakimiyyətinə aid tələbləri doğrulayan 9 maddəsi ( 125-133-cü maddələr), heç cəmi 5 maddəlik (147-151-ci maddələr) qanunvericilik sisteminə aid tələbləri də başda tutulmur. İcra hakimiyyəti , məhkəmə , qanunverici hakimiyyət məmurları ölkənin baş qanununu elə ayaqaltı edirlər ki, bilmirsən hakimiyyətin mənbəyi xalqdır, yoxsa məmurun cibi.

Konstitusiyanın 125-ci maddəsində yazılıb ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Edirmi? Məhkəmə icraatı elə günə salınıb ki, həqiqəti bəlirləmək yerinə, ört-basdır etmək rolunu oynayır. Bu da Konstitusiyanın 127-ci maddəsi ilə doğrulanan hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərinin gözlənilməməsindən qaynaqlanır. Hakimlər yalnız Konstitusiyaya və qanunlara tabe olmaq , işlərə qərəzsiz, faktlara əsasən, kənardan sifariş gözləmədən , tərəflərin hüquq bərabərliyinə, çəkişmə prinsipinə əməl etməklə baxmaq yerinə, bir çox hallarda faktiki olaraq qarşı yanın vəkili kimi tərəflə çəkişirlər. (?) Hətta Konstitusiya Məhkəməsi hakimlərinin də 130-cu maddə ilə bəlirlənən normaları, adını, andını pozmaları faktları yetərincədir. Azərbaycan Respublikasının Prokurorluğu da 133-cü maddə ilə üzərinə qoyulan qanunların icrasına və tətbiqinə nəzarət etməkdən imtina edir.

Konstitusiyanın 129-cu maddəsini özəlliklə vurğulamaq gərəkir: “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Reallıqda məhkəmə qərarları nəinki icra olunur, əksinə, dövlətin adından çıxarılan bu qərarları borclu dövlət məmurları ciblərindən aşağıda tuturlar. Konstitusiyaya sayğısızlığa baxın, borclu ƏMDX ( Əmlak Məsələləri Dövlət Xidməti) Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 (!) qətnaməsini (1-ci dərəcəli Qarabağ əlilinə Nizami rayonu, Bəhruz Nuriyev-10 A ünvanındakı qeyri-yaşayış sahəsinin verilməsi) digər borclu Nizami RİH-in MKTB-sinin (“JEK”) saxta məktubundan (?) aşağıda tutur. Cinayət özbaşınalığı, məhkəməyə hörmətsizlik elə məhkəmənin gözü qarşısında olur. Məhkəmə 2009-cu ildə borcluların üzərinə əmlakın tələbkara verilməsini sənədləşdirmək öhdəliyi qoyub, borclular məhkəmə qərarını icra etmək yerinə, biri-birinə saxta məktublar verməklə əmlakı gah həmin ünvandakı bankın, gah rayon sakini olmayan 9 yaşlı uşağın (?), 2021-ci ildə isə ata adı olmayan (?) Türkiyə vətəndaşönın adına sənədləşdiblər. Hələ də dövlətin ən başda olan qanununun – Konstitusiyanın “JEK”-in məktubundan aşağıda olması rəsmi məktublarla bildirilir.

Konstitusiyanın 5 maddəlik “Qanunvericilik sistemi” fəslinin 149-cu (Normativ hüquqi aktlar) maddəsindənsə dövlət məmurları tam xəbərsizdirlər. Sözügedən maddənin VII hissəsində yazılıb: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini YAXŞILAŞDIRAN, hüquq məsuliyyətini ARADAN QALDIRAN və ya YÜNGÜLLƏŞDİRƏN normativ hüquqi aktların QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR. Başqa normativ hüquqi aktların QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLMİR.” ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF), eləcə də digər filiallar, bütövlükdə bu boyda nazirlik rəsmi məktublarla bildirir ki, sosial müdafiə sisteminin baş qanunu sosial mənimsəmə, əlillərin, əhalinin sosial məhv edilməsidir. Konstitusion özbaşınalıq təfsirinə, izahına baxın, sıradan “sosial” məmur 1 BİİM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı məhkəmə qərarını 6 ildən sonra 01.04.2023-cü ildə ləğv edib ki, məhkəmənin əsaslandığı 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv olunduğundan məhkəmə qərarı da qüvvədən düşüb. (?) Konstitusiyanın qüvvəsi(sizliyi)ni göz önünə gətirin, şəxsin, 1-ci dərəcəli Qarabağ əlilinin vəziyyətini pisləşdirən qanun 15 il (?) GERİYƏ şamil olunur , hələ üstəlik məhkəmə qərarı da qüvvədən salınır! (?) 20 aydır Konstitusiyaya bu ikiqat hörmətsizliyə nəinki qiymət verilir, əksinə, qanunverici , icra, məhkəmə hakimiyyəti, baş prokurorluq, ombudsman,… ƏƏSMN-in tabeliyindəki qurumların rüşvətinin Konstitusiyadan da üstün olduğunu bildirməkdən beziblər. Təsəvvür edin, BDU-nun Konstitusiya hüququ kafedrasının professoru, deputat Konstitusiyaya hörmətsizliyə “biz nə edə bilərik” ritorik sualı ilə “qiymət verir”! (?) BDU-nun “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədri, hüquq doktoru ƏƏSM naziri bəs niyə hüquqa, Konstitusiyaya bu kobud sayğısızlığa susur?

“Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi özbaşınalığı da Konstitusiyanın məmurun cibindən aşağıda tutulmasını göstərir.

Yaranma gününü hər il vurğulamaqla Konstitusiya başa , qüvvəyə minmir. Dövlətin (məmurlarının) saymadığı Konstitusiyadan nəsə (sayğı) gözləmək olar?


Məğrur Bədəlsoy



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda süni mayalanma reklamı QADAĞAN EDİLDİ

    Azərbaycanda süni mayalanma reklamı QADAĞAN EDİLDİ ...

    13-07-2017, 14:47

  • 
  • "Bu "Yeni Müsavat" üzərində qələbə deyil, bir oliqarxın..." - Ali Məhkəmə qəzetin şikayətini təmin etmədi

    "Bu "Yeni Müsavat" üzərində qələbə ...

    28-11-2014, 00:51

  • 
  • "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edildi

    "Dini etiqad azadlığı haqqında" qanunda ...

    22-06-2017, 14:46

  • 
  • “Qoyma, ölüm, mən ölüm!”

    “Qoyma, ölüm, mən ölüm!” ...

    11-08-2023, 12:56

  • 
  • BDU-dan əlillərin təhsil hüququna “əsaslandırılmış” təhsil haqqı qadağası

    BDU-dan əlillərin təhsil hüququna ...

    26-08-2019, 14:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu