"Mehdiabad Gənclər Şəhərciyi"ndən "Ulduz" metrostansiyasına hərəkət edən 145 saylı marşrutda zibildən və üfunətdən oturmaq mümkün deyil. Bu nəqliyyat vasitəsi həftələrlə, bəlkə də aylarla təmizlənmir. Əgər təmizlənsəydi, bu cür çirkab içində olmazdı.
Video-çəkilişə diqqət yetirsəniz görərsiniz ki, bu sükan arxasında əyləşən sürücü hərəkət zamanı telefon danışığından da qalmır. Belə idarə edənin istifadəsində olan nəqliyyat vasitəsi necə olmalıdı? Təbii ki, bu marşruta rəhbərlik edən şəxslər birmənalı olaraq, xoşagəlməz hallara diqqət yetirməli və adambaşına yığdıqları əlli qəpiklərin də halallığını almalıdırlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?