GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?

Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?

Tarix: 15-11-2024, 16:43 Bölmə :Cəmiyyət Baxış: 150


Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə noyabrın 12-də qərar qəbul edib.

“Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq. Bundan əlavə, məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb”, - XİN-dən bildirilib.

Qeyd olunur ki, yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur: “Azərbaycanın ilkin etirazlarına gəlincə, məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir”.

O da vurğulanır ki, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma deyil. Ermənistanın digər cinayətlərdə məsuliyyətə cəlb edilməsi üçün Azərbaycanın səyləri davam etdirilir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlərin sübutlarını əldə edib: “Əvvəldən də bəlli idi ki, Azərbaycana qarşı vandalizm həyata keçirdikləri, lakin miqyasının bu qədər olduğunu məhz ərazilər işğaldan azad edildikdən sonra birbaşa görə bildik. Həmin cinayətlərin cəzasız qalması həm beynəlxalq hüququn prinsiplərinə, haqq-ədalətə qarşı addım olardı. İkinci Qarabağ müharibəsindən sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı cinayətlərini davam etdirdilər. Ermənilərin basdırdıqları minaların partlaması nəticəsində müharibədən sonra 300-ə yaxın vətəndaşımız həyatını itirib. 30 ilə yaxın işğal dövründə Azərbaycana qarşı ekosid, genosid, kultursid, urbusid cinayətləri ilə bağlı biz beynəlxalq hüquq müstəvisində, ayrı-ayrı məhkəmə platformalarında Ermənistana qarşı prosedurları reallaşdırırıq”.

Hüquqşünas qeyd etdi ki, bu böyük miqyaslı işləri həyata keçirmək bir günün işi deyil. Burada müəyyən mərhələli proseslər mövcuddur: “12 noyabrda Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərlə bağlı şikayətlərə əsaslanan hüquqi prosedurların başladılması ilə bağlı qərardır. Ermənistanın həm etnik təmizləmə məsələsi ilə bağlı, həm işğal dönəmində Azərbaycana qarşı törətdiyi müxtəlif istiqamətlərdə cinayətlərin araşdırılması ilə bağlı addımlar atılacaq. Amma Beynəlxalq Ədalət Məhkəməsi yeganə instansiya deyil. Azərbaycan digər istiqamətlərdə də beynəlxalq konvensiyalarla tənzimlənən ayrı-ayrı platformalarda da Ermənistanın törətdiyi cinayətlərlə bağlı məsələlər qaldırmaq niyyətini ortaya qoyub və proses davam edir. Məsələn, infrastrukturumuza qarşı, ekologiyamıza, təbiətimizə qarşı, dini tarixi mədəni abidələrimizə qarşı Ermənistanın törətdiyi cinayətlərlə bağlı müxtəlif məhkəmə instansiyalarına şikayətlər ünvanlamaq prosesini həyata keçirir. Mina məsələsi ilə bağlı da müraciətlər edilib və edilir. Azərbaycan hüquqlarının bərpasından əl çəkməyəcək. Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verilməsi üçün gərəkən bütün addımlar atılacaq”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hikmət Hacıyev Ermənistanın mina siyasətinin təhlükəsini açıqladı

    Hikmət Hacıyev Ermənistanın mina siyasətinin ...

    5-04-2021, 10:21

  • 
  • Balaxanıda mina, patron, tapança tapıldı

    Balaxanıda mina, patron, tapança tapıldı ...

    21-11-2013, 15:27

  • 
  • Britaniyada Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq aksiyalar keçirilib

    Britaniyada Ermənistanın mina xəritələrini ...

    24-04-2021, 21:20

  • 
  • Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

    Pakistanlı ekspert: "Ermənistanın ...

    4-08-2021, 15:00

  • 
  • Mina partladı: 1 hərbçi öldü, 2-si yaralandı

    Mina partladı: 1 hərbçi öldü, 2-si yaralandı ...

    19-06-2018, 12:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu