Gundemxeber.az » Ölkə » Cəmiyyət » Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Füzuli rayonunda qadın qətlə yetirilib.
GUNDEMXEBER.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib. Rayonun Böyük Bəhmənli kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Bağırov xəstəxananın həyətinə daxil olaraq balta ilə keçmiş arvadı 1983-cü il təvəllüdlü Dilbər Namazovaya zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibbi yardıma baxmayaraq, vəfat edib.
Bildirilir ki, D.Namazova xəstəxanada laborant vəzifəsində çalışırmış. Cütlük 2016-cı ildə rəsmi boşanıb və D.Namazova övladları ilə birgə anasının evində yaşayırmış.
Ali təhsilli olan E.Bağırov isə daha əvvəl ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rayon şöbəsində çalışıb. O, Vətən müharibəsində iştirak edib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
GUNDEMXEBER.AZ
14-09-2018, 11:14
9-01-2019, 13:06
9-12-2013, 10:46
5-02-2017, 21:00
28-12-2015, 13:38
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?