Narkotik ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov dekabrın 3-dən aclığa başlayıb.
Gundemxeber.Az bildirir ki, AXCP-nin məlumatına görə, Həsənov cəzaçəkmə müəssisəsinə köçürülməməsinə və ona yaxınları ilə görüş verilməməsinə etiraz edir. Məlumatda deyilir ki, avqustun 2-də onun barəsində hökm verilib, bundan sonra o, Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksin təcridxanasına köçürülüb.
Sentyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlasa da, o, hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyib.
Sonuncu dəfə onunla görüş iyunun 21-də olub. Ondan sonra yalnız şüşə arakəsmə arxasından ünsiyyət olub.
Umbakı kompleksinin rəhbərliyi məhdudiyyətin Penitensiar Xidmət tərəfindən tətbiq edildiyini bildirir.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Elnur Həsənov, həmçinin həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Elnur Həsənov 28 noyabr 2023-cü il tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb (CM-in 234.4.3-cü maddəsi). Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi İdarəsinin rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?