Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai Rayon Təşkilatının Gənclər Komitəsinin həbsdə olan sədri Fuad Əhmədlinin dekabrın 26-da üç günlük cərimə kamerasına (kars) salındığı bildirilir.
Bu barədə Fuad Əhmədlinin ailəsi məlumat verib.
O, 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
"Fuadı karsa salıblar. Amma bunun səbəbi bəzə bəlli deyil", fəalın ailəsindən bildiriblər.
"Cəzaçəkmə müəssisəsinin daxili qaydalarını pozmağa görə məhkuma cəza vermək müəssisə rəhbərliyinin səlahiyyətindədir. Penitensiar Xidmət belə halları şərh etmir”, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi xəbərə münasibət bildirib.
Fuad Əhmədlinin bundan əvvəl də bir neçə dəfə cərimə kamerasına salındığı bildirilib. Ailəsi sonuncu dəfə onun bu ilin oktyabrında cərimə kamerasına salındığını açıqlayıb.
Fuad Əhmədli 17 avqust 2018-ci ildə "əməliyyat-axtarış fəaliyyəti haqqında qanun normalarını pozmaq", xüsusən, "Azərfon" mobil rabitə şirkətinin istifadəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı ilə həbs edilib.
Bundan başqa, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Əhmədli 2017-ci il iyunun 16-da 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.
Fuad Əhmədli hüquq müdafiəşiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Sorğu
Yeni dizaynımız necədir?