Tariximizin, qəsədn, məqsədli olaraq, ərəbin islami düşüncə işğalında, xalqımızı dünyəvi inkişafdan uzaq saxlamaq üçün, qaranlıq saxlanan qatları...
1.Ərəblərin Azərbaycanı, başqa türk dövlətlərini işğalının tarixi-639-720 (Azərbaycanın Ərəb İslam Xilafətinə-İmperiyasına qatılmasının başa çatdırılması.), 816-838 (Xürrəmilər hərəkatı, Babəkin üsyanı, süqutu.), detallarla-ərəblər tərəfindən müharibə qaydalarının insanlığa yaraşmayan vəhşiliklə pozulması, kütləvi qırğınlar-soyqırım, köləlik, cariyəlik kimi insan alveri, cinsi zorakılıq, əhalinin etnik tərkibini dəyişdirmək məqsədilə məcburi hamiləlik, siyasi, irqi, milli, etnik, mədəni, dini, vicdani, cinsi təqib.
a)Ərəb Xilafətinin-İmperiyasının türkləri yenməsinin əsas səbəbi-Ərəb İslam işğalı öncəsi türk dövlətlərinin dağınığlığı-Azərbaycanın durumu.
b)Ərəb İslamının Qaba Gücünün-Xilafət Ordusunun işğalının oturuşması ilə paralel, iç-içə Ərəbin Yumşaq Gücünün-Ərəb İslam Dininin zorla, ölüm təhdidi altında, qılınc gücünə, şirnikləndirməklə Azərbaycanda oluşdurulması (əsasən Ərəb, Fars, Xristian dinli dövlətlərin mənbələrindən öyrənilməklə, detallarla yazılması).
c) İşğalda Qaba Güclə-Orduyla,Yumşaq Gücün-ərəbin islam dininin, ideologiyanın, təbliğatın oluşdurulması-yeri, gücü.
d)Bu konunu yazan müsəlman olmamalı, Ateist olmalıdır, çünki müsəlman öz islam dini kimi gerçəyi saxtalaşdıracaq, yalan yazacaqdır.
2.Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması, detallarla süqutu.(1918-1920-ci illər.)
a)AXC-nin Parlament iclasının stenoqramı əsasında süqutun səbəbləri, stenoqramın toplu çapı.
b)AXC-nin Əks Kəşfiyyat Xidmətinin 9 üzvündən, 4-nün bolşevik olmaları bilindiyi halda barələrində gərəkən tədbirin görülməməsinin əsasları, səbəbləri, sonucları.
c)19 aprel 1920-ci il tarixdə, Yevlaxda, vaqonlara oturub, Yalamaya, Sovet Rusiyasının 11-ci Qırmızı Ordusunun hücumunun qarşısını almağa getməli olan, ermənilərə yenicə qalib gəlmiş AXC Ordusunun geri, qışlağa qayıtması haqda Müdafiə Nazirinin müavini, o çağ müdafiə naziri Səmədağa Mehmandarovu əvəz edən Əliağa Şıxlinskinin əmrinin əsası, səbəbi, sonucu araşdırılmalıdır.
d)Azərbaycanda Rus işğalına qarşı Gəncə qiyamının, bütünlükdə isə 52 qiyamın olması, əslində AXC-nin rus işğalına qarşı dirənməli olmasının əsasını təsdiqləmirdimi? Real dirəniş potensialından istifadə edilməməsinin tərəfdarları, səbəbi, sonucu-incələmə.
3.Azərbaycanın 3-cü Respublikasının bərpası, süqutu (1992-1993-cü illər) detallarla araşdırılmalıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?